ELM VƏ TƏHSİL


Yay məktəbinin ikinci mərhələsində VII-VIII sinif şagirdləri iştirak edirlər

Bakı, 10 avqust, AZƏRTAC 

“Məktəblinin dostu” pilot layihəsi çərçivəsində paytaxt məktəblərinin V-VI sinif şagirdləri üçün reallaşdırılan “Yay məktəbi” başa çatıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, avqust ayından VII-VIII sinif şagirdləri üçün yay məktəbinə start verilib.

Yay məktəbinin təşkil olunmasında əsas məqsəd yay istirahəti dövründə keyfiyyətli təhsil imkanları yaratmaq və əyləncəli proqramlar təşkil etməklə yeni nəsil intellektual və sosial aktiv gənclərin - gələcəyin liderlərinin formalaşdırılmasıdır.

Bakının 18 ümumtəhsil məktəbini əhatə edən yay məktəbi zamanı 1000-dən çox şagird üçün təlim, seminar və informativ sessiyalar keçirilir, müxtəlif idman yarışları, əyləncəli saatlar təşkil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.