REGİONLAR


Yay məktəbinin iştirakçısı: Azərbaycan multikulturalizmi ilə daha yaxından tanış oluruq

Şəki, 26 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycana ikinci dəfədir səfər edirəm. Əvvəlki gəlişimdə Gəncə, Şəki, İsmayıllı və Qəbələdə oldum. Çox sevinirəm ki, bu dəfə Azərbaycanın multikulturalizm modeli ilə də tanış olmaq imkanımız var.

AZƏRTAC xəbər verir ki, bu fikirləri V Beynəlxalq multikulturalizm yay məktəbinin Braziliyadan olan iştirakçısı Ulisses Lisbea Şəkidə jurnalistlərə müsahibəsində bildirib.

Azərbaycanla öz ölkəsi arasında bir çox oxşar cəhətlərin olduğunu vurğulayan qonaq deyib: “Braziliyada da Azərbaycan multikulturalizminə oxşar model var. Mənim ölkəmdə də çoxmədəniyyətlilikdir və orada müxtəlif mədəniyyətlərin nümayəndələri yaşayırlar. Düşünürəm ki, yay məktəbinin davam etdiyi müddətdə Azərbaycan multikulturalizmi ilə daha yaxından tanış ola biləcəyəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.