REGİONLAR
Yay məktəbinin iştirakçısı: Məqsədimiz Azərbaycanın multikulturalizm ideyalarını yaymaq və təbliğ etməkdir
Şəki, 27 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycanın Gənc Dostları Klubu olaraq biz artıq yeni-yeni ölkələrdən – Çindən, Yaponiyadan, Qazaxıstandan, Asiyanın və Avropanın digər ölkələrindən gələn 40-dək tələbəni öz sıralarımıza qoşduq.
Bu fikirləri V Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçısı, layihənin təşkilatçılarından olan Azərbaycanın Gənc Dostları Klubunun həmsədrlərindən biri, litvalı Salomea Lukayte Şəkidə jurnalistlərə müsahibəsində söyləyib.
Litvalı tələbə deyib: “Klubumuzun üzvləri müxtəlif mədəniyyətlərin yayılmasında, birgə təbliğində çox böyük rol oynaya bilərlər. Onların hər biri öz mədəniyyətlərini təmsil edir. Azərbaycanın gənc dostları olaraq bizim əsas məqsədimiz ölkənizin multikulturalizm dəyərlərini, ideyalarını daha geniş şəkildə yaymaq və təbliğ etməkdir”.