MƏDƏNİYYƏT
Yay mövsümü başlayandan Qubaya 17 mindən çox turist gəlib VİDEO
Quba, 25 iyul (AZƏRTAC). Böyük turizm potensialına malik Quba rayonuna yay mövsümü başlayandan 17 mindən çox yerli və əcnəbi turist gəlib.
Quba Turizm İnformasiya Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, turistlərin 10 mindən çoxu istirahət mərkəzlərində dincəlsə də, 4 minə yaxını vətəndaşlara məxsus fərdi evlərdə qalmağa üstünlük verib. Bu cür evlər əvvəlcədən qeydiyyata alınaraq turistlərin istirahəti üçün hər bir şəraitin yaradılması məqsədilə ev sahiblərinə tövsiyələr verilib. Yüzdən artıq əcnəbi turist isə mərkəzin onlayn xidmətlərindən yararlanaraq istirahət üçün seçdikləri məkanları elektron formada sifariş edib.
Quba rayonuna gələn turistlərə əsasən dörd istiqamət üzrə səyahət təklif olunur. Bunlar Quba-Xınalıq, Quba-Afurca, Quba-Ləzə və Quba-Xanəgah turizm marşrutlarıdır.
Bu günədək turistlər daha çox Xınalıq kəndi istiqamətində hərəkət ediblər. Həmin ərazilərdəki təbiət mənzərələri ilə yanaşı, tarixi yerlər də turistlərin diqqətini çəkir. Son üç ildə kəndi 10 mindən artıq turist ziyarət edib. Bu turistlərin təxminən yarısı əcnəbilərdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.11.2023 [16:59]
Roma tətilləri: şopinq xüsusiyyətləri
- 29.08.2023 [10:59]
Göllər diyarının cazibədarlığı
- 29.08.2023 [00:26]
Rusiyadan Azərbaycana turist axını 4 dəfə artıb
- 25.08.2023 [14:40]
Qazaxıstanın gəzməli-görməli məkanları - qədim və müasir Çimkənd VİDEO
- 24.08.2023 [10:20]
“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib
- 23.08.2023 [15:27]
Şahdağda motosiklet festivalı təşkil edilib
- 22.08.2023 [14:08]
Zalsburq: turistləri buraya cəlb edən nədir?
- 17.08.2023 [17:32]
“Bu il Türkiyənin turizm sektorunda bahalaşma qeydə alınıb” – açıqlama
- 05.08.2023 [10:52]