ELM VƏ TƏHSİL


Yay təcrübəsi tələbələrin nəzəri biliklərinin istehsalatda tətbiqinə geniş imkanlar yaradır

Bakı, 3 iyul, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) geoloji kəşfiyyat fakültəsinin 70-dən çox tələbəsi yay təcrübəsinə cəlb olunub.

Bu barədə fakültənin dekanı, dosent Naməd Paşayev AZƏRTAC-a məlumat verib. Dekan bildirib ki, tələbələr SOCAR-ın geofizika və geologiya idarəsində, “AzərQold”, Binəqədi OİL, hidrogeologiya və mühəndis geologiyası ekspedisiyasında və digər müəssisələrdə innovasiya xarakterli cihaz, avadanlıq, qurğularla tanış olur, eyni zamanda, müasir interpretasiya proqramları əsasında alınmış məlumatların emalı ilə məşğul olurlar.

Yay təcrübəsi tələbələrin nəzəri biliklərinin istehsalatda tətbiqinə geniş imkanlar yaradır.

Dekan qeyd edib ki, 965 tələbənin təhsil aldığı fakültədə hazırda beş ixtisas – hidrogeologiya mühəndisliyi, geofizika mühəndisliyi, geologiya mühəndisliyi, dağ-mədən mühəndisliyi, geologiya ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirilir. Burada təhsilin inkişafı istiqamətində uğurlu tədbirlər reallaşdırılır və tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.