REGİONLAR


“Yay tətili uşaqların gözü ilə” devizi altında keçirilən  festivalın iştirakçıları mükafatlandırılıb

Naxçıvan, 20 iyul, AZƏRTAC

Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Yay tətili uşaqların gözü ilə” devizi altında festival təşkil olunub.

AZƏRTAC xəbər verir ki, festivalda Naxçıvan Muxtar Respublikasının bu gün özünün yeni inkişaf mərhələsini yaşadığı bildirilib. Bu inkişafdan təhsil sahəsinə də xeyli pay düşüb. Belə ki, hər il təhsil müəssisələri üçün yeni binalar tikilir, həmin müəssisələr ən müasir avadanlıqlar və informasiya texnologiyaları ilə təchiz olunur.

Vurğulanıb ki, muxtar respublikada ilk dəfə olaraq ötən il “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Yay tətili uşaqların gözü ilə” devizi altında festival keçirilib. Həmin günü muxtar respublikada fəaliyyət göstərən məktəbdənkənar müəssisələrin hesabatı kimi də qeyd etmək olar.

Sonra 2016-2017-ci tədris ilində keçirilən müsabiqələrdə uğur qazanmış və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin seçim qrupu tərəfindən müəyyənləşdirilmiş 14 ən yaxşı dərnək üzvü, 7 ən yaxşı dərnək rəhbəri mükafatlandırılıb.

Qeyd edək ki, bu il muxtar respublikanın ayrı-ayrı rayonlarında festivalların keçirilməsi nəzərdə tutulub. Festivalların ilkin mərhələsi olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə tabe olan 5 məktəbdənkənar müəssisənin istedadlı uşaqlarının hazırladıqları əl işləri – dekorativ, tikmə, toxuma, rəsm əsərləri nümayiş etdirilib, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin İdman şöbəsinin və Naxçıvan Şahmat Mərkəzinin bölmələrinin çıxışları olub.

Festivalda Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Əlvan çiçəklər”, Estetik Tərbiyə Mərkəzinin “Fidanlar” mahnı və rəqs ansambllarının və “Gənc Heydərçilər”in çıxışları da maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.