ELM VƏ TƏHSİL


Yayda keçiriləcək qəbul imtahanlarında iştirak etmək istəyənlərin qeydiyyatı mayın 22-də yekunlaşacaq

Bakı, 19 may, AZƏRTAC 

Yayda keçiriləcək qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı mayın 22-də başa çatacaq.

Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildiriblər ki, elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının birincisində iştirak etmək istədiyini göstərən abituriyentlər ikinci imtahanda da iştirak etmək istədikləri halda mayın 22-dək DİM-in saytında “Abituriyentin elektron ərizəsi” səhifəsində qeydiyyatdan keçməlidirlər.

Bundan əlavə, təsdiqlənmiş elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV, V ixtisas qruplarına və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) aid üç bənddən birini və ya ikisini seçən abituriyentlərə digər bənd(lər)i də seçməyə icazə verilir.

Martın 16-dan aprelin 1-dək elektron ərizə qəbulunda iştirak etməyən abituriyentlər də (həm cari, həm də əvvəlki illərin məzunları) göstərilən tarixədək ərizələrini doldurub təsdiqləməklə (və ya DİM və onun Regional Bölmələrində yaradılmış SQK-da təsdiqlətdirməklə) ali təhsil müəssisələrinin I-V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ərizə təqdim edə bilərlər.

Müəyyənləşdirilən müddətdə elektron ərizələrini təsdiqləməyən (etdirməyən) abituriyentlər imtahana buraxılmayacaqlar!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.