REGİONLAR


Yaylaqlarda olan laçınlı məcburi köçkünlərə səyyar tibbi xidmət göstərilib

Ağcabədi, 26 iyul, AZƏRTAC 

Laçın Rayon Mərkəzi Xəstəxanasının ixtisaslı həkimlərindən ibarət səyyar briqadası şəxsi təsərrüfatlarını saxlamaq üçün Daşkəsən rayonu ərazisindəki yaylaqlara köç etmiş laçınlı məcburi köçkünlərə tibbi xidmət göstərib.

AZƏRTAC xəbər verir ki, təcili tibbi yardım maşını, zəruri dərman və sarğı materialları ilə təchiz edilmiş səyyar həkim briqadası tərəfindən yaylaqlardakı laçınlı köçkünlər müayinədən keçirilib, xəstəlik aşkar edilən sakinlərə uyğun müalicə təyin olunub.

Səyyar həkim briqadası tərəfindən göstərilən tibbi xidmətlər rayon sakinləri tərəfindən razılıqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.