ELM VƏ TƏHSİL
Yaz semestri üçün “SABAH” qruplarına müəllim qəbulu aparılır
Bakı, 24 yanvar, AZƏRTAC
Təhsil Nazirliyinin “SABAH” qruplarında 2016/2017–ci tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə professor və müəllimlər, mütəxəssislər işə dəvət olunurlar. Fənlərin siyahısını müvafiq saytdan yükləmək olar.
Öhdəliklər kurs sillabusunun hazırlanması, bakalavr səviyyəsində keyfiyyətli tədrisin aparılması, tələbə biliyinin vaxtında qiymətləndirilməsidir.
Namizədə tələblər: əlaqədar sahədə fəlsəfə doktoru və ya magistr dərəcəsi olan; İKT və sahə bilikləri yüksək səviyyədə olan; innovativ tədris metodikalarından istifadə edə bilən; müasir pedaqoji yanaşmalardan xəbərdar olan; dinamik, pozitiv və ünsiyyətcil.
Tələblərə cavab verən namizədlərdən verilən müraciət formasını doldurub, fənn üzrə sillabus, diplom və sertifikatların surətini [email protected] ünvanına göndərmələri xahiş olunur. Seçim zamanı sahə üzrə ən azı üç il ali tədris təcrübəsi olan, fəlsəfə doktorları və xaricdə təhsil alan namizədlərə üstünlük veriləcək. Müraciətdə üç fənnə qədər seçmək mümkündür.
Müraciət müddəti yanvarın 26-da saat 18.00-da başa çatacaq.