CƏMİYYƏT


Yaz-yay mövsümü ilə əlaqədar müşavirə keçirilib

Bakı, 23 may, AZƏRTAC

Xətai rayonunda yaz-yay mövsümü ilə əlaqədar qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Bu barədə rayon icra hakimiyyətindən AZƏRTAC-a məlumat veriblər.

Müşavirədə əhaliyə verilən içməli suyun keyfiyyətinə nəzarətin artırılması, su hovuzlarının yuyulması və profilaktiki dezinfeksiya işlərinin aparılması, mövsümlə əlaqədar ərazilərdə qanunsuz süd və ət məhsullarının satışının qarşısının alınması, sanitar normalara uyğun ət kəsimin aparılması, qanunsuz ət kəsimi və küçə ticarətinə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, məişət tullantılarının gündəlik daşınması və zərərsizləşdirilməsinin təşkili, konteyner meydançalarının vaxtaşırı dezinfeksiya olunması, yaşayış binalarının zirzəmisində çirkab-qrunt suların qarşısının alınması və məhəllədaxili ərazilərdə, o cümlədən körpələr evi-uşaq bağçalarının və orta ümumtəhsil məktəblərinin ərazilərində tez alışan məhsullardan təmizlənməsi, eləcə də sağlamlıq və ekoloji vəziyyətlə əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsi sahəsində hər bir müəssisə və təşkilatın qarşısında duran konkret vəzifələr göstərilib. Əhalinin sağlamlığının qorunması və ətraf mühit amillərinin təsirinin aradan qaldırılması, sanitariya nəzarətinin gücləndirilməsi istiqamətində tədbirlər görülməsi üçün konkret tapşırıqlar verilib.

Xətai Rayon İcra Hakimiyyəti başçısı Aparatının Rayon Təsərrüfatı Şöbəsinin müdiri Hüseyn Abbasov, Mənzil- Kommunal Təsərrüfat Birliyinin rəisi Əvəz İsmayılov, Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Tufan Tarverdiyev, Yanğın Mühafizə Bölməsinin məsul əməkdaşı Anar İsayev, Polis İdarəsinin ictimai təhlükəsizlik və profilaktika şöbəsinin rəisi Emin Yunusov, Bakı Şəhər Dezinfeksiya Stansiyası Rayonlararası Bölməsinin direktoru Yusif Rəhimov və başqaları çıxış edərək yaz-yay mövsümü ilə əlaqədar sanitariya-epidemioloji norma və qaydalara əməl olunması, baş verə biləcək yanğın təhlükəsi hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi üçün görülən tədbirlər barədə məlumat veriblər.

Yaz-yay mövsümündə görülən işlərin və həyata keçirilən qabaqlayıcı tədbirlərin məsuliyyət və vacibliyi nəzərə alınaraq rayon əhalisinin sağlamlığı, təhlükəsizliyi və ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində ölkə başçısının qarşıya qoyduğu tapşırıqların layiqincə yerinə yetirilməsi üçün bütün imkanlardan istifadə olunmasının zəruriliyi qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.