MƏDƏNİYYƏT
Yazıçı Kamran Nəzirlinin iki kitabı işıq üzü görüb
Bakı, 19 dekabr, AZƏRTAC
“Mütərcim” nəşriyyatında yazıçı Kamran Nəzirlinin iki kitabı çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, “Miras” adlanan kitabda yazıçının son illər qələmə aldığı 18 hekayəsi, habelə “Miras”, “Narkoman” və “Şeytan işığı” pyesləri toplanıb.
“19+1” adlı ikinci kitab isə rusdilli oxucular üçün nəzərdə tutulub. Bu kitaba 19 hekayə və bir pyesi daxil edilib. Kitabın tərcüməçisi və redaktoru Cavid Abbasovdur.
İctimai mahiyyət, əxlaq dünyagörüşü, yüksək mənəviyyat təlqin edən hər iki kitab nəfis tərtibatla, 500 nüsxə tirajla çap olunub.
Kitabları Bakı Kitab Klubundan və şəhərimizin kitab mağazalarından əldə etmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [12:51]
“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda
- 25.04.2024 [12:40]
Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub
- 25.04.2024 [11:02]
Bu gün Xalq artisti Məmməd Bürcəliyevin anadan olmasından 110 il ötür
- 24.04.2024 [23:42]