MƏDƏNİYYƏT
Yazıçı-publisistə həsr edilmiş xüsusi buraxılış nəşr olunub
Bakı, 24 oktyabr, Zərəngiz Mansurova, AZƏRTAC
“Dəli Kür” qəzetinin növbəti xüsusi buraxılışı tanınmış yazıçı-publisist, “Rəsul Rza” Beynəlxalq mükafatı laureatı, Prezident təqaüdçüsü Salatın Əhmədlinin anadan olmasının 60 illiyinə həsr edilib.
AZƏRTAC xəbər verir ki, xüsusi buraxılışda yazıçının həyatı, ədəbi fəaliyyəti haqqında məqalələr, ömrünün ayrı-ayrı anlarını əbədiləşdirən fotolar yer alıb. Akademik Teymur Bünyadov, Xalq Şairi Nəriman Həsənzadə, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov, “Qazax” Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin sədri Vidadi Bayramov və başqaları öz yazılarında yazıçı-publisistin əsərləri, elm sahəsində yorulmaz fəaliyyəti haqqında fikirlərini bölüşüb, onun yaradıcılığını yüksək qiymətləndiriblər.
Məqalələrdə S.Əhmədlinin elmi və bədii yaradıcılığı ilə yanaşı, yüksək insani keyfiyyətləri, elmə, sənətə, qələm dostlarına, ailəsinə münasibəti haqqında da geniş söhbət açılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:02]
Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib
- 28.03.2024 [17:16]
Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş
- 28.03.2024 [17:08]