MƏDƏNİYYƏT
Yazıçılar Birliyində yeni şeir kitabının təqdimatı olub
Bakı, 11 mart, AZƏRTAC
Azərbaycan Yazıçılar Birliyində istedadlı şair Sabir Zamanlının “Ömür məndən inciməsin” adlı şeirlər kitabının təqdimatı olub.
Yazıçılar Birliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə şair-tənqidçi Balayar Sadiq şairin məhsuldar yaradıcılıq yolundan, əzmkarlığından, şeirlərinin ümumi ruhundan, oxucularda yaratdığı xoş ovqatdan danışıb.
Təqdimat mərasimində şairin qələm dostları kitabındakı şeirləri hərtərəfli və geniş şəkildə xarakterizə edərək onun zəhmətkeşliyi ilə yanaşı, tənqidə açıq olduğunu bildiriblər.
Tədbirin sonunda S.Zamanlı yaradıcılığına verdikləri yüksək qiymətə görə iştirakçılara minnətdarlığını bildirib, bu görüşün onun üçün çox əhəmiyyətli olduğunu vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [11:03]
Teatr Xadimləri İttifaqında Beynəlxalq Teatr Günü keçirilib
- 28.03.2024 [11:00]
Gənc Tamaşaçılar Teatrı aprel repertuarını təqdim edib
- 28.03.2024 [10:55]
“Azərbaycan Teatrı” adlı elektron məlumat bazası yaradılıb
- 28.03.2024 [10:50]
Mədəniyyət naziri Adil Kərimli İmişlidə vətəndaşları qəbul edəcək
- 28.03.2024 [01:40]