ELM VƏ TƏHSİL


Yazıçılarla görüşlər tələbələrin bədii ədəbiyyata marağını artırır

Bakı, 23 dekabr, AZƏRTAC

Bakı Humanitar Kollecində (BHK) Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin şöbə müdiri, şair, yazıçı-publisist Mətanət Ulu Şirvanlı ilə görüş keçirilib.

BHK-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə çıxış edən kollecin şöbə müdiri Talıb Zülfiyev tələbələrin bədii ədəbiyyata marağının artması, daxili mənəvi dünyalarının zənginləşməsi, mütaliə mədəniyyətinin yüksəlməsi, dünyagörüşlərinin əhatəli olması baxımından bu cür görüşlərin əhəmiyyətini vurğulayıb.

Mətanət Ulu Şirvanlının yaradıcılığından söhbət açan Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor İsmayıl Kazımov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, filologiya elmlər doktoru Kamil Bəşirov, filologiya üzrə fəlsəfə doktoru, dosent Aslan Salmansoy yazıçının əsərlərində cəmiyyət üçün aktual mövzulara toxunduğunu bildiriblər. Diqqətə çatdırılıb ki, özünəməxsus yaradıcılıq üslubuna və dəst-xəttə malik Mətanət Ulu Şirvanlının poeziyasındakı axıcılıq həm bəstəkarların, həm də aşıqların diqqətini cəlb edib. Təsadüfi deyil ki, görkəmli bəstəkarlarımız Oqtay Rəcəbov, Tahir Əkbər və başqaları şairənin sözlərinə mahnılar bəstələyiblər.

Sonda görüşün təşkilatçılarına minnətdarlığını bildirən Mətanət Ulu Şirvanlı yeni şeirlərini oxuyub, tələbələrə kitablarını hədiyyə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.