REGİONLAR


Yazın ortasında Gəncə çölündə... FOTO VİDEO

Gəncə, 15 may, Rauf Hacıyev, AZƏRTAC

Ana təbiətin səxavətindən pay almış Gəncə çölləri yaz aylarında bir başqa gözəllikdə olur. Elə ki, yaz günəşinin şəfəqləri torpağın canını qızdırır, göydə çaxnaşan buludlar torpağın su həsrətinə son qoyur, elə həmin gündən də bu dərələrin, düzlərin mənzərəsi tamamilə dəyişir. Torpağın sinəsinə düşən hər nur damlasının yerindən ertəsi gün bir lalə qızarıb boy qaldırmağa başlayır. Beləcə Gəncə düzləri yaz boyunca yaşıl çəmənliyə sərilmiş qırmızı xalı kimi laləzara bürünür. Bəzən Gəncə çöllərinin xəfif sükutunu bu gözəlliyin ziyarətinə gələn uşaqların, gənclərin şən-şaqraq səsi pozur. Hərdən əsən səhər mehi isə çəmənliyi hərəkətə gətirir. Boyunlarını gah irəli, gah da geri əyən lalələr bir anda dalğalı dənizin ləpələri kimi özlərini çəmənliyin sahilinə atırlar. Göz oxşayan, könül rahatlayan bu mənzərəni seyr etdikcə insan ana təbiətin gözəlliyindən zövq alır.

Çəmənlikdən ayrılıb geri boylanırsan. Görürsən ki, çiçək dənizindəki hər bir lalə yenə də ağır ləngərli dalğaları ilə səni uğurlayır. Geri döndükdə isə yalnız həmin gözəlliyi xatırlamaq və bir də müğənni Rəşid Behbudovun ecazkar ifasında “Lalələr” mahnısını dinləmək istəyirsən...

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.