REGİONLAR


Yazlıq bitkilərin əkin sahəsi 2,7 faiz artıb

A+ A

Bakı, 14 iyul, AZƏRTAC 

Kənd təsərrüfatında yaz tarla işləri başa çatıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, cari ilin iyun ayının 24-nə 371,9 min hektar sahədə yazlıq bitkilərin əkini aparılıb, o cümlədən 24,3 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (qarğıdalısız), 37,0 min hektar sahədə qarğıdalı (ondan 35,0 min hektarı dən üçün), 62,1 min hektar sahədə kartof, 73,1 min hektar sahədə tərəvəz, 26,2 min hektar sahədə bostan bitkiləri, 51,8 min hektar sahədə pambıq, 7,1 min hektar sahədə şəkər çuğunduru, 8,2 min hektar sahədə dən üçün günəbaxan, 2,4 min hektar sahədə tütün, 73,5 min hektar sahədə çoxillik otlar, 2,2 min hektar sahədə birillik otlar, 165 hektar sahədə yemlik kökümeyvəlilər və 3,8 min hektar sahədə digər bitkilər əkilib. 2015-ci ilin eyni dövrü ilə müqayisədə yazlıq bitkilərin əkin sahəsi 2,7 faiz artıb.

Kənd əməkçiləri yazlıq bitkilərin əkinini başa vuraraq yetişdirdikləri məhsulu yığmağa başlayıblar. Yığım başlanandan tarlalardan 312,3 min ton (23,6 min ton çox) kartof, 395,7 min ton (12,8 min ton çox) tərəvəz, 43,1 min ton (5,7 min ton çox) bostan məhsulları, 110,0 ton (33,5 ton çox) tütün, 95,4 min ton (2,2 min ton çox) meyvə və giləmeyvə, 507,8 ton (234,4 ton çox) yaşıl çay yarpağı yığılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.