İQTİSADİYYAT
Yeddi ayda 628 mindən çox avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb edilib
Bakı, 2 avqust, AZƏRTAC
Cari ilin yanvar-iyul ayları ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 628 352 sığorta müqaviləsi bağlanılıb.
İcbari Sığorta Bürosundan (İSB) AZƏRTAC-a verilən məlumata görə, bağlanılan müqavilələr üzrə sığorta haqları 50 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 6 faiz, sığorta haqlarının məbləğində isə 9 faiz artım müşahidə olunub.
Bu ilin yanvar-iyul ayları ərzində AVSMMİS üzrə sığorta şirkətləri tərəfindən 10 min 988 sığorta tələbi üzrə 14 milyon manata yaxın məbləğdə sığorta ödənişi həyata keçirilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta ödənişlərinin məbləğində 4 faiz azalma müşahidə edilib.