İQTİSADİYYAT


Yeddi ayda "PAŞA Həyat" 49,580 milyon manat məbləğində sığorta haqqı toplayıb

A+ A

Bakı, 15 avqust, AZƏRTAC

"PAŞA Həyat" bu ilin yanvar-iyul ayları üzrə ilkin hesabatını açıqlayıb.

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-a verilən məlumata görə, cari ilin yanvar-iyul aylarında "PAŞA Həyat" tərəfindən 49,580 milyon manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2015-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 38 faiz çoxdur.

Hesabat dövründə baş vermiş müxtəlif sığorta hadisələrinə görə "PAŞA Həyat" tərəfindən 13,567 milyon manat sığorta ödənişi verilib. Sığorta ödənişlərinin həcmi ötən ilin yanvar-iyul ayları müqayisədə təxminən iki dəfə artıb.

Avqustun 1-nə şirkətin ümumi aktivlərinin həcmi 156,852 milyon manat, məcmu kapitalı 47,373 milyon manat, o cümlədən nizamnamə kapitalı 40,250 milyon manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.