İQTİSADİYYAT
Yeddi ayda kompüter və elektron məhsullarının istehsalı 57,6 faiz artıb
Bakı, 19 avqust, AZƏRTAC
Bu ilin yanvar-iyul aylarında kompüter və elektron məhsullarının, elektrik avadanlıqlarının istehsalı sahələrində 125,7 milyon manatlıq məhsul istehsal olunub, əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə kompüter və elektron məhsullarının istehsalı 57,6 faiz, elektrik avadanlıqlarının istehsalı isə 69 faiz artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yeddi ay ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maye və qazların məsrəfinin və ya səviyyəsinin ölçülməsi üçün cihazların istehsalı 31,9 faiz, elektrik paylayıcı və nəzarət cihazlarının hissələrinin istehsalı 67,3 faiz, 1000 voltadək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı 30,8 faiz artıb.