İQTİSADİYYAT


Yeddi ayda nəqliyyat sektorunda 123,6 milyon ton yük və 1061,4 milyon sərnişin daşınıb

A+ A

Bakı, 13 avqust, AZƏRTAC 

Bu ilin yanvar-iyul aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 123,6 milyon ton yük və 1061,4 milyon sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 2,1 faiz azalıb, sərnişin daşınması isə 1,9 faiz artıb. Yük daşınmasında müşahidə olunan gerilik dəmir yolu, dəniz və boru kəməri nəqliyyatı daşınmalarında azalmalarla bağlı olub.

Yüklərin 62,4 faizi avtomobil, 28,4 faizi boru kəməri, 6,7 faizi dəmir yolu, 2,4 faizi dəniz, 0,1 faizi isə hava nəqliyyatı ilə daşınıb. Sərnişinlərin 88,0 faizi avtomobil, 11,8 faizi metro, qalanları isə hava və dəniz nəqliyyatı vasitələri ilə daşınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.