MƏDƏNİYYƏT


“Yeddi gözəl” poemasının yazılmasının 820 illiyi münasibətilə sərgi açılıb

A+ A

Bakı, 17 yanvar, AZƏRTAC

Bakı Xətai Sənət Mərkəzində tanınmış gənc dekorativ tətbiqi sənət ustası Sona Məhərrəmovanın fərdi yaradıcılıq sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, “Yeddi gözəl” adlı sərgi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə gerçəkləşib. Sərgidə böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının qəhrəmanlarının libaslarının əks olunduğu sənət əsərləri təqdim olunub.

Böyük Azərbaycan şairinin “Yeddi gözəl” poemasının yazılmasının 820 illiyi çərçivəsində reallaşan sərgi üç gün davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.