İQTİSADİYYAT


Yeddi saylı dərin dəniz özülündə ilk quyu istismara verilib

A+ A

Bakı, 29 iyul, AZƏRTAC

“Azneft” İstehsalat Birliyi “Günəşli” yatağının mənimsənilməsini müvəffəqiyyətlə davam etdirir.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yenicə istismara verilmiş 7 saylı dərin dəniz özülündə 316 nömrəli ilk hasilat quyusu qazmadan sonra istismara verilib. Quyu məhsuldar qatın fasilə lay dəstəsindən qazlift üsulu ilə mənimsənilərək, süzgəclər açılmaqla 2753-2716 metr intervaldan sutkalıq 80 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.