ELM VƏ TƏHSİL
Yeddinci siniflər üçün “Ümumi tarix” dərslik dəsti müzakirə edilir
Bakı, 26 fevral, AZƏRTAC
Ümumtəhsil məktəblərinin VII siniflərində istifadədə olan “Ümumi tarix” dərslik dəstinin elmi-metodiki monitorinqi ilə bağlı seminar keçirilib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, dərslik dəsti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və müəllim üçün metodik vəsaitin məzmununun işlənməsi baxımından müzakirə edilib.
Çıxış edən orta məktəb müəllimləri mövzu ilə bağlı fikirlərini açıqlayıb, təkliflər veriblər.
Seminar “Dərslik portalı”nda canlı yayımlanıb.
Martın 5-də keçiriləcək seminarda dərslik dəstinin müzakirəsi davam etdiriləcək.