REGİONLAR


Yeganə Axundova: Sevindirici haldır ki, klassik musiqiyə bölgələrdə də maraq artıb

A+ A

Balakən, 9 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Hər il Azərbaycan musiqisevərləri Qəbələ Beynəlxalq Musiqi Festivalını böyük səbirsizliklə gözləyirlər. Sevindirici haldır ki, festivalın coğrafiyası ildən-ilə genişlənir, festival çərçivəsində artıq bölgələrdə də səyyar konsertlər təşkil olunur. Bu il Ukraynanın “Kiyev virtuozları” Kamera Orkestrinin 4 şəhərdə konserti nəzərdə tutulub. İlk konsert Balakən şəhərində təşkil olunub. Sevinirik ki, klassik musiqiyə bölgələrdə də maraq artıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri tanınmış pianoçu, Xalq Artisti, Bakı Musiqi Akademiyasının prorektoru Yeganə Axundova Balakəndə jurnalistlərə müsahibəsində deyib.

Konsertin proqramına Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı, Avropa bəstəkarlarının musiqisinin də daxil edildiyini bildirən Yeganə Axundova kamera orkestri üzvlərinin virtuoz ifalarının, həmçinin Azərbaycanın gənc solistlərindən beynəlxalq müsabiqələr laureatı Aytac Şıxəlizadənin çıxışının balakənli musiqisevərlərin ürəyincə olduğuna əminliyini ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.