ELM VƏ TƏHSİL
Yekaterina Bryzgalova : Bakı şəhərinə hər gəlişimdə qarşılaşdığım çox sürətli inkişaf və əsaslı dəyişikliklər məni müsbət mənada heyrətləndirir VİDEO
Bakı, 7 aprel (AZƏRTAC). Mən Bakı şəhərində dəfələrlə olmuşam. Hər gəlişimdə şəhərdə qarşılaşdığım çox sürətli inkişaf və əsaslı dəyişikliklər məni müsbət mənada heyrətləndirir.
Bu sözləri “Kaspi” Təhsil Mərkəzi tərəfindən Bakıda keçirilmiş VI Beynəlxalq təhsil sərgisinin iştirakçısı, Böyük Britaniyada yerləşən “Astrum” Təhsil Müəssisəsinin satış meneceri Yekaterina Bryzgalova AZƏRTAC-a müsahibəsində söyləmişdir.
O bildirmişdir ki, bir çox azərbaycanlı gəncin Böyük Britaniyada təhsil almaq arzusu vardır. E. Bryuzqalova “Astrum” şirkəti olaraq əsas məqsədlərinin azərbaycanlı şagirdlərin Birləşmiş Krallığın orta məktəblərində təhsil almaları və sonra da oradakı universitetlərə asanlıqla qəbul edilmələri olduğunu diqqətə çatdırmışdır.
Müsahib “Kaspi” Təhsil Mərkəzi ilə əməkdaşlığın təmsil etdiyi müəssisə üçün çox əhəmiyyətli olduğunu vurğulamışdır.