İDMAN


Yekaterina Jidkova yeni mövsümdə “Azərreyl”in şərəfini qoruyacaq

A+ A

Bakı, 29 sentyabr, AZƏRTAC 

Azərbaycan millisinin voleybolçusu Yekaterina Jidkova yeni mövsümdə “Azərreyl”in şərəfini qoruyacaq.

AZƏRTAC xəbər verir ki, “Azəryol”dan sabiq klubuna transfer olunan Y.Jidkova ilə birillik müqavilə imzalanıb. Son mövsümlərdə yığmada da oyununu artıran voleybolçunun yeni mövsümdə əsas heyət üzvü olacağı gözlənilir.

“Azərreyl” Y.Jidkovadan əvvəl Aynur Kərimova, Ceyran Əliyeva, Şəfaqət Həbibova (hamısı Azərbaycan), Edina Dobi (Macarıstan) və Malika Kanzonq (Tailand) ilə müqavilə imzalayıb.

Bakı təmsilçisi, həmçinin yığmamızın digər üzvləri Ayşən Abduləzimova və Anastasiya Qurbanovanı, amerikalı Marten Bettendorf, keniyalı Mersi Moim və serbiyalı Danitsa Radenkoviçi transfer edib, Valeriya Məmmədova ilə müqaviləni uzadıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.