DÜNYA


Yekaterinburqda İÇV epidemiyası elan olunub

A+ A

Moskva, 2 noyabr, AZƏRTAC 

Rusiyanın Yekaterinburq şəhərində insanda immun çatışmazlığı virusu (İÇV) epidemiyası elan olunub.

Yekaterinburq Səhiyyə İdarəsinin məlumatına görə, şəhərdə 26 min 693 İÇV-yə yoluxma halı qeydə alınıb. Bu isə əhalinin ümumi sayının 1,8 faizini təşkil edir. Yekaterinburqun hər 50 sakinindən biri İÇV virusunun daşıyıcısıdır. Hazırda 342 uşaqda bu virusun aşkar edilməsi faktı təsdiq olunub.

İdarədən, həmçinin bildiriblər ki, xəstələrin 53 faizi virusa narkotik vasitələrdən istifadə zamanı yoluxub.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.