İDMAN


Yelena Çebanu: Paralimpiya Oyunlarında medal qazanmaq hər bir idmançının ən böyük arzusudur

Bakı, 22 sentyabr, AZƏRTAC 

Paralimpiya Oyunlarında medal qazanmaq hər bir idmançının ən böyük arzusudur. Sevinirəm ki, bu xoşbəxtlik mənə də nəsib oldu.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Rio-2016” Yay Olimpiya Oyunlarında uzunluğa tullanma və 100 metr məsafəyə qaçış yarışlarında gümüş, 200 metr məsafəyə qaçış üzrə isə bürünc medal qazanan Yelena Çebanu Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda paralimpiyaçılarımızın qarşılanma mərasimində bildirib.

Yarışların gərgin idman mübarizəsi şəraitində keçdiyini vurğulayan Yelena Çebanu deyib: “Hədəfim qızıl medal qazanmaq idi. Təəssüf ki, alınmadı. Bu, idmandır. Rioda üç dəfə fəxri kürsüyə qalxdım. Rəqiblərim çox güclü idi. Qazandığım üç medal da yüksək nəticədir”.

Qarşıda yeni yarışların olduğunu qeyd edən atlet deyib: “Öz üzərində ciddi çalışıb Azərbaycanı bundan sonra da layiqincə təmsil edəcəyəm. Hədəfim Paralimpiya çempionu olmaqdır. Ümid edirəm ki, “Tokio-2020”də bu istəyimə çatacağam”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.