İDMAN


Yelizaveta Səmədova: Biz İslamiadanın çempionu olmaq niyyətindəyik

Bakı, 15 may, Pərvanə Rəhimova, AZƏRTAC

Azərbaycanın qadınlardan ibarət voleybol yığması Türkiyə yığmasına qalib gələrək, IV İslam Həmrəyliyi Oyunlarında üçüncü qələbəsini qazanıb, Azərbaycan yığmasının üzvü Yelizaveta Səmədova oyun başa çatandan sonra təəssüratlarını AZƏRTAC-a məxsusi müsahibəsində bölüşüb.

Matçın çox yaxşı keçdiyini bildirən Y.Səmədova deyib: “Türkiyə yığması bizim üçün güclü rəqib idi, amma biz onlara böyük hesab fərqi ilə qalib gəldik. Sonra bizi Qırğızıstan və Tacikistan komandaları kimi daha zəif rəqiblərlə matçlar gözləyir. Amma buna baxmayaraq, arxayınlaşa bilmərik. Finalda yenə də Türkiyə yığması ilə qarşılaşacağıq. Mən çox şadam ki, yarımfinal mərhələsinə yüksəldik”.

Voleybolçu diqqətə çatdırıb ki, komanda hələlik diqqətini IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmək üzərində cəmləşdirib. Azərbaycan yığması mayın sonunda - Oyunlardan dərhal sonra dünya çempionatına hazırlaşmaq üçün Bolqarıstana təlim-məşq toplanışlarına yola düşəcək.

Azərbaycan yığmasının heyətində oynadığından çox məmnun olduğunu qeyd edən Y.Səmədova deyib: “Mən Azərbaycan yığmasının heyətində yaxşı oyun təcrübəsi toplayıram. Beş il Azərbaycanın “Telekom” klubunun əsas heyətində, iki il Çempionlar liqasında oynamışam”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.