DÜNYA


Yəmən ilyarımdan sonra “Mesile” neft yataqlarından istehsal və ixraca başlayıb

A+ A

Bakı, 13 avqust, Budaqov, AZƏRTAC

Yəmən hökuməti təxminən ilyarımdan sonra “Mesile” neft yataqlarından xam neft istehsalına və ixracına yenidən başlandığını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Yəmənin rəsmi xəbər agentliyi “SABA” məlumat yayıb. Yəmənin neft və mədən naziri Seyf Muhsin Eş-Şərif “Mesile” neft yataqlarından neft istehsalına və ixracına yenidən başlanılmasının ölkə iqtisadiyyatında qismən yaxşılaşmaya səbəb olacağını deyib.

Qeyd edək ki, Yəmən hökuməti ölkədə qarşıdurmaların başladığı 2015-ci ilin martından bu vaxtadək ilk dəfə iyulun sonunda xam neft satışına başlanıldığını açıqlamışdı. Qarşıdurmaların başladığı ötən ilin martından indiyədək ölkədə neft istehsalı və ixracı tamamilə dayandırılmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.