DÜNYA


Yəməndə 1700 məktəb binası dağıdılıb

Bakı, 25 yanvar, AZƏRTAC

Yəməndə vətəndaş müharibəsinin başladığı gündən bu yana 1700 məktəb binası dağıdılıb.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Yəmənin təhsil naziri Abdulla Lemlemes BMT-nin Uşaq Fondunun (UNİSEF) nümayəndələri ilə keçirdiyi görüşdə bildirib.

Nazir məktəblərin bərpasının və dərs kitablarının çapının vacib olduğunu söyləyib.

UNİSEF-in nümayəndəsi Seyfəddin Nemr təmsil etdiyi qurumun uşaqların və anaların dərdlərini yüngülləşdirmək üçün təhsil və səhiyyə layihələrini həyata keçirməyə çalışdığını bildirib.

Qeyd edək ki, uzun müddətdir siyasi qeyri-sabitliyin yaşandığı Yəməndə Hüsi və keçmiş prezident Əli Abdullah Salehi müdafiə edən qruplaşmalarla əksər ərəb dövlətləri tərəfindən dəstəklənən hazırkı prezident Əbd-Rəbbu Mənsur Hadi tərəfdarları arasında vətəndaş müharibəsi davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.