DÜNYA


Yəməndə terror: həlak olanların sayı 50 nəfərə yüksəlib

Bakı, 10 dekabr, AZƏRTAC

Şənbə günü Yəmənin Ədən şəhəri ətrafında yerləşən hərbi bazada törədilmiş partlayış nəticəsində həlak olanların sayı 50 nəfərə yüksəlib. Bu məlumatı yerli təhlükəsizlik orqanlarına istinadla Reuters agentliyi yayıb.

AZƏRTAC xəbər verir ki, agentliyin məlumatına görə, terror aktının məsuliyyətini İŞİD qruplaşması öz üzərinə götürüb. Terrorçu üzərindəki partlayıcı qurğunu Es-Sulban hərbi bazasının girişində - maaş növbəsinə dayanmış hərbçilərin yanında işə salıb. Partlayış nəticəsində hərbi qulluqçular və ordu sıralarına yenicə qəbul edilənlər həlak olublar.

Xatırladaq ki, Yəməndə hökumət qoşunları ilə husi qiyamçıları arasında silahlı münaqişə 2014-cü ildən davam edir. Ölkənin cənubunda fəaliyyət göstərən İŞİD və əl-Qaidə terror qruplaşmaları hərbiçilərə müntəzəm hücumlar edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.