DÜNYA


Yəməndə terror hücumu nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb

A+ A

Bakı, 10 dekabr, AZƏRTAC

Yəmənin cənubunda yerləşən Ədən şəhərindəki hərbi düşərgənin yaxınlığında terror hücumu nəticəsində azı 40 nəfər həlak olub, 70 nəfər yaralanıb.

AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, terrorçu-kamikadze maaş almaq üçün növbəyə dayanmış hərbçilərin yanında özünü partladıb. Terror aktına görə məsuliyyəti hələlik heç bir terror qruplaşması üzərinə götürməyib.

Yəməndə hökumət qoşunları ilə husi qiyamçıları arasında silahlı münaqişə 2014-cü ildən davam edir. Ölkənin cənubunda fəaliyyət göstərən İŞİD və əl-Qaidə terror qruplaşmaları hərbiçilərə müntəzəm hücumlar edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.