DÜNYA


Yəməndə terrorçu-kamikadzenin hücumu nəticəsində 4 hərbi qulluqçu həlak olub

A+ A

Bakı, 16 avqust, AZƏRTAC

Yəmənin cənubunda avtomobilin partladılması nəticəsində 4 hərbi qulluqçu həlak olub, 6-sı isə yaralanıb.

Bu barədə rəsmi mənbəyə istinadən “Sinxua” agentliyi xəbər verir.

Agentliyin məlumatına görə, terrorçu-kamikadze partlayıcı yüklənmiş avtomobili hökumət qoşunlarının Abyan əyalətinin sahilyanı Şukra şəhərinin şərq kənarlarında məskunlaşmış əsgərlərinin üzərinə sürüb.

Regional qruplaşmalardan heç biri hücuma görə məsuliyyəti hələlik öz üzərinə üzərinə götürməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.