DÜNYA


Yəməndə vəba epidemiyası: bütün ölkə üzrə yarım milyon insan bu xəstəliyə yoluxub

Bakı, 11 avqust, AZƏRTAC

BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik Yəməndə vəba epidemiyası ilə bağlı vəziyyətin ağırlaşdığını bildirib. İnfeksiya ölkənin 22 əyalətinin 21-də sürətlə yayılmağa davam edir.

AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, bütün ölkə üzrə artıq 480 min insan bu xəstəliyə yoluxub. Vəbadan təxminən 2 min ölüm halının qeyd olunduğu bildirilir.

Düjarrikin məlumatına əsasən, keçən həftə BMT-nin təyyarələri ölkənin paytaxtı Səna şəhərinə dərman preparatları və humanitar yardım çatdırmağa başlayıb.

Xatırladaq ki, Yəməndə 2014-cü ilin avqustundan başlayan silahlı münaqişəyə hələ də son qoymaq mümkün olmayıb. Münaqişənin bir tərəfində “Ənsar Allah” şiə qruplaşmasına məxsus husi üsyançıları və keçmiş prezident Əli Abdullah Salehə sadiq ordu hissələri, digər tərəfdə isə hökumət qüvvələri və Prezident Abd Rabbu Mənsur Hadiyə sadiq könüllülər iştirak edir.

Paytaxt Səna şəhəri üsyançıların nəzarəti altındadır. 2015-ci ildən etibarən onların mövqeləri Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının Hərbi Hava Qüvvələri tərəfindən bombardmana məruz qalır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.