CƏMİYYƏT


Yəməndə vəba epidemiyası tüğyan edir

Bakı, 20 iyun, AZƏRTAC

Yəməndə tüğyan edən vəba epidemiyası iki ay ərzində 1146 adamın ölümünə səbəb olub. AZƏRTAC Dünya Səhiyyə Təşkilatının (DST) saytına istinadla xəbər verir ki, bu barədə məlumatı DST iyunun 20-də açıqlayıb.

Məlumata görə, aprelin 27-dən etibarən ölkədə 166 976 vəbaya yoluxma faktı qeydə alınıb. Ölənlər barədə məlumat da həmin tarixdən toplanır. Ölüm hallarının çoxu Həccə əyalətində qeydə alınıb. Orada 195 adam ölüb.

Məlumatda deyilir ki, faciəyə Yəməndə vətəndaş müharibəsi səbəb olub. Müharibə ölkənin səhiyyə sistemini faktiki olaraq məhv edib. Bu da epidemiyaya qarşı mübarizədə xeyli çətinlik yaradıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.