DÜNYA


Yəməndə vəba xəstəliyindən ölənlərin sayı mini ötüb

Bakı, 26 iyun, AZƏRTAC

Aprelin sonlarından indiyə qədər Yəməndə vəba epidemiyası 1300 nəfərin həyatına son qoyub.

Bu barədə məlumat Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yayılıb. Məlumatda vurğulanır ki, son iki ayda vəba Yəmənin, demək olar ki, bütün əyalətlərinə yayılıb. Ölənlərin dörddəbiri uşaqlardır.

Bundan əvvəl BMT-nin Uşaq Fondunun Yəməndəki nümayəndəsi bəyan edib ki, ilin sonunadək Yəməndə vəba xəstəliyinə yoluxanların sayı 300 minədək arta bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.