DÜNYA


Yəməndə vətəndaş müharibəsi nəticəsində indiyədək 10 mindən çox insan ölüb

A+ A

Bakı, 31 avqust, AZƏRTAC 

Birləşmiş Millətlər Təşkilatı (BMT) Yəməndə davam edən vətəndaş müharibəsi ilə bağlı hesabat açıqlayıb.

AZƏRTAC Reuters agentliyinə istinadla bildirir ki, hesabatda qarşıdurmalar nəticəsində 10 mindən çox insanın həlak olduğu bildirilir.

Qeyd edək ki, 18 aydır ölkədə Hüsi və keçmiş prezident Əli Abdullah Salehi müdafiə edən qruplaşmalarla əksər ərəb dövlətləri tərəfindən dəstəklənən hazırkı prezident Əbd-Rəbbu Mənsur Hadi tərəfdarları arasında vətəndaş müharibəsi davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.