DÜNYA
Yəməndəki vəziyyətlə əlaqədar neft sürətlə bahalaşmağa başlayıb
Bakı, 27 mart, AZƏRTAC
Yəməndə vəziyyətin gərginləşməsi investorların narahatlığına səbəb olub. Belə ki, neft mədənləri və neftin daşınması yolları üçün təhlükə yaranıb.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, Yəmən ətrafındakı böhran fonunda martın 26-da London birjasında Brent markalı neftin bir barelinin qiyməti 2,55 dollar artaraq 59,03 dollara çatıb. Nyu-York əmtəə birjasında isə axşam saatlarında WTİ makalı neftin bir barelinin qiyməti 2,10 dollar bahalaşaraq 51,31 dollara yüksəlib.
Yəməndə münaqişənin genişlənməsi beynəlxalq gəmiçilik və xüsusən neftin daşınması sarıdan ciddi narahatlıq doğurub. Həmçinin bu ölkədə idarə olunmaz vəziyyət yaranmasının Qırmızı dənizdə quldurluğa yol açması təhlükəsi də mövcuddur. Bu real təhlükələrin qarşısını almaq məqsədilə ötən gün Səudiyyə Ərəbistanı və onun müttəfiqləri Yəməndəki şiə qiyamçılarının mövqelərinə hava zərbələri endirməyə başlayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]