DÜNYA


Yeni “Apple” kompüterlərinin təqdim ediləcəyi vaxt məlum olub

A+ A

Bakı, 21 oktyabr, AZƏRTAC

“Apple” şirkəti ənənəvi olaraq hər ilin payızında iki təqdimat keçirərək yeni qurğular təqdim edir. Sentyabrda ictimaiyyətə smartfonlar, bir qədər sonra planşet, kompüter və s. məhsullar nümayiş olunur. Bu il də istisna deyil. Belə ki, ABŞ şirkəti jurnalistlərə oktyabrın 27-də keçiriləcək təqdimata dəvətnamə göndərib. Şirkətin Kupertino şəhərində yerləşən mənzil-qərargahında keçiriləcək tədbirdə yeni kompüterlərin, o cümlədən istifadəçilərin çoxdan intizarında olduğu yenilənmiş “MacBook” noutbuklarının nümayiş olunacağı gözlənilir.

AZƏRTAC “4PDA” resursuna istinadən xəbər verir ki, təqdimat 1998-ci ildə ilk “iMac” kompüterinin nümayişinə işarə olan “Hello again” şüarı ilə baş tutacaq. “Apple” dünyanı yeni “iMac” və ya məhsulun tam yenilənmiş versiyası ilə təəccübləndirmək niyyətindədir. Həmçinin “Mac Pro” qurğularının yenilənəcəyi bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.