REGİONLAR
Yeni Azərbaycan Partiyası Azәrbaycanda hәyatın bütün sahәlәrinә yeni ruh, yeni nәfәs gәtirib
Ağstafa, 23 iyun, Famil Quliyev, AZƏRTAC
Ağstafa rayon Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının VIII konfransı keçirilib.
Konfransda rayon rəhbərliyi, Milli Məclisin deputatları Hadi Rəcəbli, Naqif Həmzəyev, Yeni Azərbaycan Partiyası aparatının məsul işçisi Rəfail Gülməmmədov iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları ulu öndәr Heydər Əliyevin abidәsi önünә gül dәstәlәri qoyaraq, xatirәsini ehtiramla anıblar.
AZƏRTAC xəbər verir ki, konfransda YAP Ağstafa rayon tәşkilatının sәdri Ramiz Tatarov hesabat mәruzәsi ilә çıxış edib. Məruzədə qeyd olunub ki, YAP Ağstafa rayon tәşkilatı ötәn dövrdә sıralarını xeyli genişlәndirib və partiyanın proqram vә nizamnamәsinә uyğun olaraq qarşıya qoyulan vәzifәlәrin öhdәsindәn layiqincə gəlib.
Ramiz Tatarov bildirib ki, rәhbәri olduğu rayon tәşkilatı hәr zaman nümunәvi fәaliyyәti ilә fәrqlәnmәyә çalışıb, 2015-ci ildә keçirilmiş parlament seçkilәrindә vә 2016-cı ildә Azәrbaycan Respublikasının Konstitusiyasına әlavә vә dәyişikliklәrlә bağlı keçirilәn referendumda üzәrinә düşәn vәzifәlәri layiqincә yerinә yetirib.
Milli Mәclisin deputatı Hadi Rәcәbli çıxışında qeyd edib ki, YAP cәmiyyәtdә böyük nüfuza sahib olan partiyadır. Ulu öndәr Heydәr Әliyevin yaratdığı Yeni Azәrbaycan Partiyası xalqımızın vә ölkәmizin hәyatını əsaslı şəkildə dәyişdirib, eyni zamanda, siyasi mübarizәlәrlә zәngin şәrәfli yol keçib. İqtidar partiyası olaraq, Yeni Azәrbaycan Partiyası Heydәr Әliyev siyasәtinin avanqard qüvvәsi kimi, xalqımızın qarşısında dayanan vәzifәlәrin hәll edilmәsinә layiqli töhfәsini verib vә bundan sonra da verәcәk. Diqqətə çatdırılıb ki, YAP tarixi zәrurәtdәn yaranıb. Yeni Azərbaycan Partiyası Azәrbaycanın ictimai-siyasi hәyatına qurucu partiya kimi daxil olmaqla, hәyatın bütün sahәlәrinә yeni ruh, yeni nәfәs gәtirib.
Milli Mәclisin deputatı Naqif Hәmzәyev çıxışında bildirib ki, Yeni Azәrbaycan Partiyası Azәrbaycanın әn güclü siyasi tәşkilatı olmaqla, ölkәmizin ictimai-siyasi hәyatında fәal rol oynayır. YAP ötәn dövrdә çәtin vә şәrәfli yol keçib.
Ağstafa Rayon İcra Hakimiyyәtinin başçısı Mәhәrrәm Quliyev YAP-ın vә müasir Azәrbaycan dövlәtinin qurucusu, ölkәmizi mәhv olmaq tәhlükәsindәn xilas etmiş ulu öndәr Heydәr Әliyevin misilsiz tarixi xidmәtlәrindәn, partiyanın böyük siyasi güc kimi cәmiyyәtimizdәki mövqeyindәn bәhs edib.
Sonda təşkilati məsələyə baxılıb. Ramiz Tatarov yenidәn YAP Ağstafa rayon tәşkilatının sәdri seçilib.