CƏMİYYƏT


Yeni Azərbaycan Partiyası Azərbaycanda siyasi əqidənin əsasını qoyub

A+ A

Bakı, 21noyabr, AZƏRTAC

Noyabrın 21-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 24 illiyinə həsr olunan tədbir keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, UNEC Qadınlar Şurasının sədri, distant, qiyabi və əlavə təhsil mərkəzi direktorunun müavini Təranə Kərimova partiyanın keçdiyi yola qısa nəzər salıb. Bildirilib ki, hakim partiya Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin çətin sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb. Yarandığı vaxtdan ölkənin ictimai-siyasi həyatına həlledici təsir göstərən hakim partiyanın qurucusunun dünya miqyaslı siyasətçi, Azərbaycan xalqının inandığı və sevdiyi dahi bir şəxsiyyətin olmasının bu prosesdə mühüm və əhəmiyyətli rol oynadığı vurğulanıb.

YAP UNEC ilk ərazi təşkilatı idarə heyətinin üzvü Hikmət Babayev YAP-ın ümummilli partiya olduğunu söyləyib.

Digər çıxış edənlər YAP-ın Azərbaycanda siyasi əqidənin əsasını qoyduğunu, təsis olunduqdan sonra bütün siyasi qüvvələri birləşdirdiyini, ölkədə siyasi sabitlik yaratdığını, ölkəni çətin dövrlərdə parçalanmadan xilas etdiyini və ölkəmizin inkişafına misilsiz töhfə verdiyini diqqətə çatdırıblar. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan uğurlu inkişaf strategiyasının hazırda Prezident İlham Əliyev tərəfindən məqsədyönlü və ardıcıl davam etdirildiyi bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.