Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının iclası keçirilib

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının iclası keçirilib

Naxçıvan, 16 mart, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, martın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbovun sədrliyi ilə təşkilatın Siyasi Şurasının iclasında “Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının 2016-cı ildəki fəaliyyəti və qarşıda duran vəzifələrlə bağlı” məsələ müzakirə olunub.

Ali Məclisin Sədri iclası açaraq deyib ki, Azərbaycanın inkişafında və bugünkü səviyyəyə çatmasında Yeni Azərbaycan Partiyasının böyük xidmətləri olub. Dövlətin inkişafı ölkənin siyasi liderindən və onun ətrafında birləşən insanların fəaliyyətindən asılıdır. Yeni Azərbaycan Partiyası da ulu öndərimiz Heydər Əliyevin ətrafında birləşən, sabitlik və inkişaf istəyən, ölkəni parçalayanlara qarşı mübarizə aparan Azərbaycan xalqının arzusu və tələbi ilə yaradılıb. Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə partiya inkişaf dövrü keçib, Azərbaycanın siyasi səhnəsində Yeni Azərbaycan Partiyası üzvlərinin sayı artıb. Bu gün ölkəsinə bağlı, vətənpərvər və müasir düşüncəli gənclər partiya sıralarına qəbul olunur. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı da fəaliyyətini bu istiqamətdə qurub. Bundan sonra da vətənpərvər gənclər partiyaya üzv qəbul olunmalı, varislik təmin edilməli, partiya üzvləri muxtar respublikanın siyasi həyatında fəal iştirak etməlidirlər.

İclasda Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi Anar İbrahimov hesabat məruzəsi ilə çıxış edərək deyib ki, bu gün partiya üzvləri muxtar respublikanın siyasi fəal əhalisinin 18 faizini təşkil edir. Ötən ildə 1056 nəfər partiya sıralarına qəbul olunub ki, onların da 845-i gənclərdir. Yeni qəbul olunanların 581-ni isə qadınlar təşkil edir. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatında ziyalıların və ali təhsilli üzvlərin sayı artıb. Belə ki, üzvlərin 37,2 faizi ali, 21,8 faizi isə orta-ixtisas təhsillidir. Bu gün partiya uçotunda duranların 27-si elmlər doktoru, 179-u elmlər namizədidir. Hazırda üzvlərdən 2-si Azərbaycan Respublikasının Milli Məclisinin, 40-ı isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır. Bundan başqa, 2014-cü ildə keçirilmiş bələdiyyə seçkilərinin nəticəsi olaraq 1114 üzv həmin orqanlarda təmsil olunur. Bu gün ərazi ilk təşkilat sədrlərinin 114-ü qadın, 196-sı isə gənclərdir. 2016-cı ildə təkcə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı, şəhər və rayon partiya təşkilatlarının xətti ilə 136 müxtəlif tədbir və elmi-praktiki konfrans keçirilib. Ötən il 11 ərazi ilk partiya təşkilatı kənd mərkəzlərində müasir iş otaqları ilə təmin olunub. Anar İbrahimov göstərilən diqqət və qayğıya görə partiya üzvləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin sədri Azad Cabbarov deyib ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı üzvlərinin 40 faizini, yəni 20 min 693 nəfərini gənclər təşkil edir. Partiya üzvü olan gənclərin 4856-sı təhsil, 2157-si səhiyyə, 1496-sı elm, mədəniyyət və incəsənət, 2328-i idarəetmə, qalanları isə sənaye, kənd təsərrüfatı, tikinti nəqliyyat, rabitə və sair xidmət sahələrində çalışır. Üzvlərdən 30-u idman sahəsində titullar və fəxri adları olanlardır ki, onlardan da 5-i Azərbaycan çempionu, 3-ü Avropa çempionu, 1-i dünya çempionu, 8-i ustalığa namizəd, 13-ü isə idman ustasıdır. Əsasən savadlı, intellektli və vətənpərvər gənclərin seçilərək partiyanın Gənclər Birliyində təmsil olunmasına diqqət artırılıb, həmin gənclərin məlumat bazası formalaşdırılıb.

Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının sədri Əmir Babayev və Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri Sevda Quliyeva çıxış edərək, 2016-cı ildə rayon təşkilatları tərəfindən görülən işlər barədə məlumat veriblər.

Naxçıvan Dövlət Universitetinin rektoru, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının üzvü Saleh Məhərrəmov çıxış edərək deyib ki, Naxçıvan Dövlət Universitetinin professor-müəllim və tələbə kollektivinin ictimai-siyasi cəhətdən fəal hissəsi Yeni Azərbaycan Partiyasının Universitet Şəhərciyi Ərazi İlk Təşkilatında birləşiblər. Hazırda təşkilatın 1039 üzvü vardır ki, onlardan da 779-u tələbə gənclərdir. Cari tədris ilində 600-dən yuxarı bal toplamış tələbələr də daxil olmaqla, 150-dən çox tələbənin partiya sıralarına qoşulmaq üçün ərizə ilə müraciət etməsi Yeni Azərbaycan Partiyasının gənclər arasında artan nüfuzunun bariz göstəricisidir. Ərazi ilk təşkilatı tələbə gənclər arasında ideoloji-siyasi işi diqqət mərkəzində saxlayaraq onların mənəvi-siyasi cəhətdən sağlam mühitdə təhsil almalarına və dövlətçilik ruhunda yetişmələrinə çalışır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbov Siyasi Şuranın iclasında deyib: Bu il Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü tamam olur. Yeni Azərbaycan Partiyası 1992-ci ildə xalqımızın və dövlətimizin taleyinin həll olunduğu bir dövrdə yaradıldı. Heydər Əliyev şəxsiyyəti olmasaydı, Yeni Azərbaycan Partiyasının yaranması, böyük yol keçərək təşkilatlanması və hakim partiyaya çevrilməsi də mümkün olmayacaqdı. Ulu Öndərimiz Yeni Azərbaycan Partiyasının yaradılmasını tarixi zərurət kimi xarakterizə edərək demişdir: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış bir zərurətdir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmışdır”.

Ali Məclisin Sədri deyib: Yeni Azərbaycan Partiyası böyük inkişaf və təşkilatlanma yolu keçib. Yeni Azərbaycan Partiyasının gücü onun ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən ideyalarının uzun bir dövrə və tarixi proseslərə hesablanmasındadır. Məhz bu amili əsas götürərək Ümummilli Liderimiz deyirdi: “Yeni Azərbaycan Partiyası Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin partiyasıdır”. Partiyamızın dünəni quruculuq, bu günü isə yaradıcılıq tarixidir. Bu proseslərdə partiyamızın hər bir üzvünün əməyi və fəaliyyəti təsirsiz qalmamış, ölkəmiz, onunla birlikdə partiyamız, eləcə də onun Naxçıvan Muxtar Respublika Təşkilatı böyük inkişaf yolu keçmişdir. Partiyanın muxtar respublika, şəhər və rayon təşkilatları bütün tələblərə cavab verən inzibati binalarla təmin olunmuş, zəruri iş şəraiti yaradılmışdır.

Yaradılan şəraitin nəticəsidir ki, hazırda partiyanın muxtar respublika təşkilatının 52 mindən çox üzvü vardır. Bu, partiyanın yarandığı ilk dövrdəki göstəricidən 47 dəfə artıqdır. Partiya sıraları təkcə kəmiyyət baxımından böyüməmişdir. Yeni Azərbaycan Partiyasının muxtar respublika təşkilatında ziyalılar və gənclər çoxluq təşkil edir. Bu, çox böyük üstünlükdür. Muxtar respublikamızın bütün yaşayış məntəqələrində Yeni Azərbaycan Partiyasının ərazi ilk təşkilatları yaradılmışdır. Ötən il ərazi prinsipinə uyğun olaraq bu sahədə mühüm islahatlar aparıldı. Hazırda muxtar respublikada 500 ərazi ilk partiya təşkilatı fəaliyyət göstərir. Yeni yaradılan kənd mərkəzlərində ərazi ilk partiya təşkilatları ayrıca iş otaqları ilə təmin edilmişdir.

Ali Məclisin Sədri deyib ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı partiyanın siyasi, ideoloji və təşkilati fəaliyyəti ilə bağlı əvvəlki illərdə olduğu kimi, 2016-cı ildə də zəruri işlər görüb. Lakin fəaliyyət inkişafın reallıqlarına uyğun qurulmalıdır. Bu baxımdan Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi, şəhər və rayon təşkilatları 2017-ci ildə də fəaliyyətlərini gücləndirməlidirlər. Partiyamızın 25 il əvvəl Naxçıvanda yaranaraq təşkilatlanması onun muxtar respublika təşkilatının nümunə gücündə olmasını şərtləndirir. Bu amil daim diqqətdə saxlanmalı, partiya işi yenilənməli, daha mütərəqqi formada inkişaf etməlidir. Partiyanın İcra Katibliyi, Gənclər Birliyi, şəhər və rayon təşkilatları öz fəaliyyətini “Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının 2017-ci ilə dair İş Planı”na uyğun qurmalı, nəzərdə tutulmuş tədbirlər vaxtında icra olunmalıdır.

“Hər bir siyasi partiyanın gücü onda təmsil olunan üzvlərin siyasi fəallığından asılıdır. Bu xüsusat diqqətdə saxlanılaraq partiya üzvlüyünə yeni qəbul olunanlarla iş gücləndirilməli, üzvlərlə fərdi işə üstünlük verilməlidir”, - deyən Ali Məclisin Sədri qeyd edib ki, İcra Katibliyi, şəhər və rayon təşkilatları ilə yanaşı, ərazi ilk partiya təşkilatları da gənc və yaradıcı qüvvələrin partiya sıralarına cəlb edilməsinə diqqəti artırmalıdırlar. İdeoloji işin təşkili də diqqətdə saxlanılmalı, partiya üzvlərinin nəzəri biliklərinin artırılması üçün tədbirlər görülməlidir. Naxçıvan Muxtar Respublikasında gələcəyimiz olan gənclərin hərtərəfli yetişdirilməsi daim diqqətdə saxlanılıb, bununla bağlı lazımi tədbirlər görülüb. Bu məsələdə partiya orqanlarının da rolu artırılmalı, Azərbaycançılıq, dövlətçilik, millilik və vətənpərvərlik mövzusunda tədbirlər keçirilməlidir. Biz gənclərin sosial şəbəkələrdə fəallığına nail olmalıyıq. Partiyanın İcra Katibliyi və Heydər Əliyev adına Gənclər Birliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu ilə işini əlaqələndirməli, gənclərlə işə üstünlük verilməli, görülən işlərin mahiyyəti izah olunmalı, gənclərin yaradılan infrastrukturdan səmərəli və məqsədyönlü istifadələri üçün birgə tədbirlər həyata keçirilməli, ehtiyacı olan gənclərə qayğı göstərilməlidir. Yeni Azərbaycan Partiyasının Universitet Şəhərciyi Ərazi İlk Təşkilatı fəaliyyətini gücləndirməli, partiya üzvü olan tələbələr siyasi cəhətdən tam formalaşmalı, tələbə-gənclərin iştirakı ilə müxtəlif tədbirlər keçirilməli, dövlətçiliklə bağlı film və tamaşalar nümayiş olunmalıdır.

Qeyd olunub ki, partiyanın qadınlar şuralarının fəaliyyətləri də muxtar respublikanın ictimai həyatında ciddi hiss olunmalıdır. Partiya üzvləri ictimai yerlərdə fəallıqları ilə nümunə olmalıdırlar. Onlar abadlıq və yaşıllaşdırma tədbirlərində yaxından iştirak etməklə yanaşı, yaradılanların qorunmasına şüurlu münasibəti nümunə gücündə göstərməyi bacarmalıdırlar. Ərazi ilk partiya təşkilatlarının fəaliyyətinə diqqət artırılmalıdır. Bəzi ilk partiya təşkilatlarının fəaliyyətində ətalət və passivlik hiss olunur. Onlar sadəcə üzvlük haqlarının yığılması ilə işlərini bitmiş hesab edirlər. Şəhər və rayon təşkilatları ərazi ilk partiya təşkilatları ilə əlaqəni gücləndirməli, birgə ideoloji işin aparılmasını təmin etməlidirlər. Bununla yanaşı, ilk partiya təşkilatlarında kargüzarlığın düzgün aparılması da diqqətdə saxlanılmalıdır. Kənd və qəsəbə mərkəzlərində yaradılmış şəraitdən səmərəli istifadə olunmalı, yerlərdə görülən işlər barədə arayışlar hazırlanaraq aidiyyəti üzrə təqdim edilməlidir. Bu mərkəzlər ideya, siyasi və təşviqat işləri üçün bir mərkəz kimi öz statuslarını möhkəmləndirməlidirlər.

Ali Məclisin Sədri deyib: Kadr siyasəti partiyanın əsas vəzifələrindən biridir. Bu sahə daim diqqətdə saxlanılmalı, partiya işində aktiv gənclərin seçilməsi, ehtiyat kadr potensialının yaradılması işin əsas ağırlıq mərkəzini təşkil etməlidir. Partiyanın İcra Katibliyi, şəhər və rayon təşkilatları kadrların seçilməsində təşəbbüskarlıqlarını artırmalı, gənclərin partiya strukturlarında və partiya təşkilatlarının rəhbər qurumlarında təmsil olunmalarına çalışmalıdırlar. İstedadlı gənclər irəli çəkilməli, onlar partiya kadrı kimi yetişdirilməlidir. Kütləvi informasiya vasitələri ilə iş partiya fəaliyyətinin mühüm istiqamətlərindən biridir. Partiyamızın muxtar respublika təşkilatının fəaliyyəti, ölkənin siyasi tarixinin mühüm hadisələri ilə bağlı keçirilən tədbirlər kütləvi informasiya vasitələrində geniş işıqlandırılmalıdır. 2017-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi ilə bağlı partiyanın muxtar respublika təşkilatının İcra Katibliyi şəhər və rayon təşkilatları ilə birlikdə müxtəlif tədbirlərin keçirilməsini, dəyirmi masaların təşkilini təmin etməlidir. Bizim vəzifəmiz partiya-təşkilat işini daha da gücləndirmək, partiyamızın cəmiyyətdə tutduğu yüksək mövqeyi qoruyub saxlamaq, partiya işini irəli aparmaqdır.

Ali Məclisin Sədri bu yolda partiya üzvlərinə uğurlar arzulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dən “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO