Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının yaradılmasının 20 illiyi qeyd olunub

Noyabrın 30-da Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının yaradılmasının 20 illiyinə həsr olunan “Uğurdan-uğura 20 il” adlı konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, yubiley tədbirinin iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Konfransda çıxış edən YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Nurlana Əliyeva rəhbərlik etdiyi qurumun ötən 20 il ərzində gördüyü işlər barədə məlumat verib. O deyib ki, 1995-ci ildə Azərbaycan qadınının cəmiyyətdəki nüfuzunu, hörmətini, qadınların yorulmaz fəaliyyətində sadiqlik və etibar ucalığını görən ulu öndər Heydər Əliyev Qadınlar Şurasının yaradılması haqqında qərar verdi. Bu şura cəmiyyətin zərif, eyni zamanda, qüdrətli zümrəsi olan Azərbaycan qadınının cəsarətinin, ləyaqətinin, hünərinin mərkəzinə çevrildi. YAP Qadınlar Şurası yaranan kimi qızğın fəaliyyətə başladı.

Ulu Öndər Azərbaycanda qadın hərəkatına, qadınların ictimai-siyasi həyatda fəal iştirakına böyük önəm verirdi. Bu siyasət həm də xalqımızın gələcəyinə qayğının, uzaqgörənliyin bir nümunəsidir və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Diqqətə çatdırılıb ki, hazırda 700 mindən artıq üzvü olan Yeni Azərbaycan Partiyasının sıralarında qadınlar təxminən 50 faiz təşkil edir. Təsadüfi deyil ki, bu gün cəmiyyəti idarə edən səlahiyyətli şəxslər arasında qadınların sayı ildən-ilə artır.

Azərbaycan qadını bu gün dünya qadınları hərəkatının ön cərgəsində ağlı, zəkası, istedadı, ləyaqəti ilə təmsil olunur. Qadınların nəcib və xeyirxah məqsədlər naminə sistemli tədbirlərinin genişlənməsində, onların Yeni Azərbaycan Partiyasının sıralarında sıx birləşməsində ölkənin birinci xanımı Mehriban Əliyevanın yorulmaz fəaliyyətinin xüsusi rolu var.

Bu gün ölkə təhsilində və iqtisadiyyatında çalışanların təxminən yarısı qadınlardır. Elm, təhsil, səhiyyə və mədəniyyət sahələrində çalışan 400-dək qadın son illər Prezident tərəfindən yüksək fəxri adlara, orden və medallara, fərdi təqaüdlərə layiq görülüb. Bütün bunlar Azərbaycanda qadınlara diqqət və qayğının bariz göstəricisidir.

Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova yeni Azərbaycan quruculuğuna qoşulan, ölkəmizin fəal qadınlarının qurumu olan YAP Qadınlar Şurasının 20 illiyi münasibətilə təbriklərini çatdırıb.

“YAP-ın sıralarına Azərbaycanın seçilmiş insanları cəlb olunub”, - deyən Bahar Muradova vurğulayıb ki, bütövlükdə Azərbaycan haqqında danışanda göz önündə yalnız uğurlar canlanır. Bu uğurların əldə olunması ulu öndər Heydər Əliyevin fəaliyyətinin, fədakarlığının, eyni zamanda, bu ideyaları həyat yolu kimi qəbul edən Yeni azərbaycançıların fəaliyyətinin nəticəsidir.

“Biz həqiqətən də düzgün yolda olduğumuzu zamanında müəyyənləşdirdik. Hazırda buna olan inamımız sabahkı uğurumuzu şərtləndirir”, - deyə o bildirib.

Bahar Muradova deyib: “YAP bizim üçün çox əziz, möhtəşəm və qüdrətli bir siyasi təşkilatdır. Təkcə Azərbaycanın ictimai-siyasi həyatında deyil, bütövlükdə regionda və dünyada aparıcı nüfuza malikdir. Azərbaycanda hər kəs bu partiyanın və onun sıralarında olan insanların ölkəmizə xidmətini nümunə götürür”.

Milli Məclis sədrinin müavini qeyd edib ki, YAP-ın fəaliyyəti illərində partiyanın Qadınlar Şurası mötəbər bir təşkilata çevrilib. Bu gün YAP sıralarında yüz minlərlə qadın cəmləşir. Onlar öz fəaliyyətləri ilə Azərbaycana xidmət edirlər. Ümumiyyətlə, Azərbaycan qadınları fəaliyyət göstərdikləri sahələrdə fədakarlıqla çalışır, dövlət quruculuğu prosesinə layiqli töhfələr verirlər. YAP sıralarına çox fəal qadınlar daxildir. YAP Qadınlar Şurasının gördüyü işlərin nəticəsidir ki, bu gün xalqımızın ümummilli lideri Heydər Əliyevin ideyaları geniş təbliğ edilir və sağlam düşüncəli qadınlar partiya sıralarına cəlb olunurlar.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hicran Hüseynova deyib ki, hər bir cəmiyyətin inkişafında, onun ictimai-siyasi həyatında önəmli rol oynayan təşkilatlar olub və olacaq. Bu gün fəxrlə deyə bilərik ki, 23 ildir Yeni Azərbaycan Partiyası belə bir vəzifəni öz üzərinə götürərək ləyaqətlə yerinə yetirir. Eyni zamanda, 20 illiyini qeyd edən Yeni Azərbaycan Partiyasının Qadınlar Şurası bu missiyanın reallaşmasında öz səylərini əsirgəmir. YAP Qadınlar Şurası gördüyü işlərlə cəmiyyətimizin inkişafına, xüsusilə də qadın iştirakçılığının artırılmasına mühüm töhfələr verib.

Qeyd edilib ki, bir çox partiyalar üçün YAP-ın fəaliyyəti, xüsusilə, gender baxımından nümunə ola bilər. Təşkilatın tarixinə nəzər salsaq görərik ki, partiyanın yarandığı gündən qadınlarımız da kişilərlə bərabər iştirak edərək hətta bir sıra siyasi qərarların verilməsində fəallıq göstəriblər. Əlbəttə, bu da onlara olan inamdan və etibardan irəli gəlir. Sevindirici haldır ki, YAP-ın Siyasi Şurasında qadınların sayı və partiyanın digər ali orqanlarında təmsilçiliyi artıb. YAP-ın sədr müavini, ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva həyata keçirdiyi layihələrlə Azərbaycan qadın hərəkatının tarixində yeni mərhələ açıb.

Hicran Hüseynova diqqətə çatdırıb ki, Azərbaycan qadınının ictimai-siyasi və sosial həyatda rolu çox yüksəkdir. Qadınların ictimai fəallığının qısa müddət ərzində hərəkat kimi formalaşmasında partiyanın, eləcə də YAP Qadınlar Şurasının özünəməxsus rolu var. Onlar partiyaya, Qadınlar Şurasına üzv olmaqla həm də öz potensiallarını reallaşdırırlar. Lakin uğur və nailiyyətlərlə yanaşı, qadınlarımızın bir sıra çətinlikləri də mövcuddur. Bu çətinliklərin aradan qaldırılmasında YAP Qadınlar Şurasının, bütövlükdə partiyanın, o cümlədən onun qadın üzvlərinin rolu böyükdür.

Vurğulanıb ki, bu gün Azərbaycanda gender bərabərliyinin təmin edilməsi və qadınların səlahiyyətlərinin genişləndirilməsi ölkə siyasətinin prioritetlərindən birini təşkil edir. Qadınlar üçün uyğun şəraitin yaradılması, ictimai- sosial həyatın müxtəlif sahələrində gender bərabərliyinin inkişaf etdirilməsi üçün mühüm addımlar atılır. Ölkəmizdə hazırda öz həllini gözləyən problemlərlə bağlı bir sıra fərmanlar və sərəncamlar imzalanır. Xüsusilə, Azərbaycan ailəsinin möhkəmləndirilməsi, milli adət-ənənələrin müdafiəsi, qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi məqsədilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası təsdiq edilib.

Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva, YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Pərvin Kərimzadə çıxış edərək Azərbaycan qadınının cəmiyyətdə tutduğu yüksək mövqedən, qadınların gündən-günə artan fəallığından danışıblar. Bildirilib ki, bu gün Azərbaycan qadını həyatımızın bütün sahələrində uğurlar əldə edir, yüksək göstəricilər nümayiş etdirir. Bütün bunlar əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş qadın siyasətinin inkişafının sistemli şəkildə həyata keçirilməsinin məntiqi nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan cəmiyyətində qadınların rolunun artırılması üçün hərtərəfli şərait yaradılır, ardıcıl tədbirlər həyata keçirilir. Bu gün YAP-ın əldə etdiyi uğurlarda qadınlarımızın özünəməxsus payı var. Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında da qadınların rolu durmadan artmaqdadır. Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar çalışmasın. Azərbaycan qadınları tükənməz enerji və məhəbbətlə doğma ocağında-ailəsində ömürlərinin şərəfli səhifələrini yaşamaqla bərabər, cəmiyyətdəki aktual problemlərin həllindən də kənarda qalmırlar.

Sonra YAP Qadınlar Şurasının bir qrup fəal üzvünə mükafatlar təqdim olunub.

Daha sonra yubiley tədbirində çıxış edən Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov YAP Qadınlar Şurasının yaranmasının partiya tarixində əlamətdar hadisə olduğunu söyləyib. Bildirib ki, YAP Qadınlar Şurasının yaradılması ilə qadınlarımız ictimai-siyasi həyatda fəal iştirak etmək imkanı qazandılar. Tarix YAP Qadınlar Şurasının yaradılmasının necə uğurlu addım olduğunu sübut edib. Azərbaycan qadınları elmi və ictimai həyatın bütün sahələrində çalışır və ölkəmizin inkişafına böyük töhfələr verirlər.

Diqqətə çatdırılıb ki, Azərbaycanın inkişafında, beynəlxalq aləmdə nüfuzunun artmasında qadınların müstəsna rolu olub. Bu gün cəmiyyətdə fəal mövqe tutan qadınlar ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən davam etdirilməsini dəstəkləyir, bu siyasi xəttin reallaşmasında fəal iştirak edirlər. Hazırda ölkəmizin inkişafı istiqamətində qəbul olunan dövlət proqramlarının həyata keçirilməsində YAP Qadınlar Şurasının üzvləri də fəallıq nümayiş etdirirlər. Onlar, eyni zamanda, Azərbaycanın demokratik inkişafına mühüm töhfələr verirlər.

Əli Əhmədov vurğulayıb ki, ölkəmizin ictimai-siyasi həyatında YAP Qadınlar Şurasında təmsil olunan qadınların rolu gələcəkdə daha da artacaq.

Tədbir bədii hissə ilə davam edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

Prezident İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq

Bu il Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitin xərcləndiyi istiqamətlər açıqlanıb

BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq

Ağdamda əmək yarmarkası təşkil olunacaq

Rusiya Baş Prokurorluğu ölkədə təxribat və terror aktları riskinin artmasını xəbər verib

Dünyanın qəbul etdiyi Azərbaycan həqiqəti ŞƏRH

Əmək hüquqlarının pozulması hallarına qarşı mübarizə tədbirləri davam etdirilir

Prezident: COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür

Çexiyada V4 ölkələri baş qərargah rəislərinin görüşü keçirilir

Azərbaycanlı skripkaçı Canel Nəcəfli Barselonada keçirilən müsabiqədə Fəxri diploma layiq görülüb

Prezident İlham Əliyev: Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır

Qırğızıstanın iki vilayətində daşqınla əlaqədar fövqəladə vəziyyət elan edilib

Sumqayıt rəssamları Şuşaya səfər ediblər

Azərbaycan və Çexiya arasında COP29 çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib

Prezident İlham Əliyev: Çinlə əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də daşımalar sahəsində genişlənir

İstanbulun “Vision Art Platform”u Aida Mahmudovanın “Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgisinə ev sahibliyi edir

Azərbaycan Prezidenti: Dünya bundan sonra uzun illər ərzində hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq

MEK Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə virtual sərgi hazırlayıb

Xətai rayonunda un məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Prezident İlham Əliyev: COP29-a sədrliyimizə ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi də baxırıq

Fərid Cəfərov: Azərbaycanın son illərdə dünyada mədəniyyətlərarası dialoqun məkanı kimi tanıdılmasının şahidi oluruq

BAM-ın veteranı Yuri Verbitski: Bir rəhbər kimi, biz Heydər Əliyevə minnətdarıq

Ağasəlim Mircavadov: “Zirə” gümüş medallara əsas namizəddir, “Turan Tovuz” avrokuboklara hazır deyil

İsrail ordusu “Hizbullah”ın iki komandirinin öldürüldüyünü bildirib

Azərbaycan Prezidenti: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Fransadan Britaniyaya keçməyə çalışan beş miqrant həlak olub

Azərbaycan Prezidenti: COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq

Axit Qişlakayev: Heydər Əliyev BAM inşaatçıları üçün çox iş görüb

Araşdırma: qocalıq nə vaxt başlayır?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məktəblini təltif edib

Konstitusiya Məhkəməsi Palatası iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, qərardad qəbul edilib

Prezident: Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də dayanıqlı artım göstərdi

Məktəblilər iqlim dəyişikliyi barədə məlumatlandırılıb

COP29-la bağlı Vergi Məcəlləsinə dəyişiklik ediləcək

DİN: Astara sakinində 51 kiloqram narkotik vasitə aşkarlanıb

Günəş elektrik stansiyası üzrə ilk hərrac elan edilib

Çinin Şençjen şəhərində güclü yağışa görə yüksək təhlükə səviyyəsi elan edilib

Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib

Prezident İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik

Çexiya xarici işlər nazirinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verilib

BDU-da keçirilən kitab sərgisində ilk dəfə əksər nəşriyyatlar bir araya gəlib

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan verəcəklər

Marneulidə yaşayan azərbaycanlılara pulsuz hüquqi yardım göstəriləcək

Prezident: Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var

QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin birinci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilib

Türkiyə ordusu İraq və Suriyada 19 terrorçunu zərərsizləşdirib

Prezident İlham Əliyev: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür

BAM-ın veteran inşaatçısı: Heydər Əliyev mübariz insan idi və asudə vaxtlarını insanlara sərf edirdi

Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yol seçər və yeni dövr başlayar

Çingiz Hüseynzadə: Parisdə ilk dəfə təmsil olunacağımız idman növlərində də sürpriz nəticələr gözləyirik

Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilir
Prezident İlham Əliyev forumda iştirak edir YENİLƏNƏCƏK CANLI

Beynəlxalq Riyaziyyat Olimpiadasında Azərbaycanı təmsil edəcək komandanın seçmə imtahanı keçirilib

İtaliyanın müstəqilliyi uğrunda mübarizədə canlarından keçmiş azərbaycanlıların xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir - YENİLƏNİB VİDEO

“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq

Ali Məclisin komitə iclasında Nazirlər Kabinetinin hesabatı təqdim edilib

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd olunacaq

Nazir müavini: VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qeydiyyat prosesi davam edir

Avropa çempionatının oyunlarını idarə edəcək hakimlər açıqlanıb

Londonda hüquq şirkəti qurmuş azərbaycanlı vəkil: Elə olub ki, milyonlarla funt sterlinq təzminat almışıq - MÜSAHİBƏ

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin və psixotrop maddələrin siyahısında dəyişiklik edilir

Nəşriyyat direktoru: Tələbələr daha çox psixoloji və şəxsi inkişafla bağlı kitablara maraq göstərirlər

Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib VİDEO

Tunis, Əlcəzair və Liviya əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər

Fərid Cəfərov: Forum çərçivəsində 100-dən artıq dini liderin iştirak edəcəyi plenar iclasın keçirilməsi nəzərdə tutulur

Prorektor: Tələbə oxucular kitab sərgisində fəal iştirak edirlər

DSMF daha iki beynəlxalq mükafata layiq görülüb

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 30 dərəcə isti olacaq

Əməyin mühafizəsi sahəsində Türkiyənin təcrübəsi öyrənilir

Azərbaycanda alkoqollu içkilərin illik minimum istehsal həcmi 20 min dekalitr olacaq

Fövqəladə Hallar Nazirliyi Gəncədə daha bir qanunsuz tikilini söküb

Pakistan və İran terrorizmlə mübarizə üçün birgə plan hazırlayacaq

Azərbaycan Fetisov Jurnalistika Mükafatlarının İstanbulda keçirilən 5-ci təqdimatında təmsil olunub

Bakıdakı Rus evində Pasxa bazarı keçiriləcək

Körpələr evində yol verilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

Azərbaycanda tütün məmulatının istehsalında yerli xammaldan istifadənin həcmi artırılacaq

DSMF və “McDonald’s Azərbaycan” qazi övladları üçün tədbir təşkil ediblər

“Qəbələ”nin futbolçusu: Kuboku qazansaq belə, çempionatdakı uğursuzluğu unutdura bilməyəcəyik

Azərbaycan və Baham adaları bədii gimnastika sahəsində əməkdaşlığa başlayır

Bağanis Ayrımın ən yaşlı sakini: Kəndimizə qayıdan kimi qurban kəsəcəyəm VİDEO

Rusiya nəqliyyat naziri: Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə yükdaşıma 60-100 milyon tona qədər arta bilər

Ombudsman: 4 minə yaxın soydaşımızın taleyi barədə dəfələrlə müraciət edilməsinə baxmayaraq məlumat ala bilməmişik

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Sloveniyada ali səviyyəli konfrans keçirib

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti BMT-nin Cenevrə bölməsinin Baş direktoru ilə görüşüb

Rusiya mediası Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə səfərini işıqlandırmaqda davam edir

® ABB-nin ATM-lərində yenilik!

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə sərgi təşkil edilib

Vətəndaşların hərbi xidmətdən yayınmalarını təşkil etməkdə təqsirləndirilən şəxs barədə cinayət işinin istintaqı tamamlanıb

Cari ilin birinci rübünün elektrik enerjisi göstəriciləri açıqlanıb

Gəncə Dövlət Filarmoniyası ilk dəfə “Üzbəüz” layihəsini təqdim edib

BAM-ın tikintisində çalışmış Nurməmməd Cavadov: Azərbaycanın bizimlə olduğunu həmişə hiss edirdik

Tailand və Qazaxıstan qarşılıqlı vizasız rejim haqqında saziş imzalayıb

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Rusiyalı ekspert: Azərbaycan Moskva üçün Ermənistandan daha mühüm tərəfdaşdır

NASA-nın yarışında Azərbaycanı fiziki məhdudiyyətli gənc təmsil edib

Efiopiyada silahlı qarşıdurmalar nəticəsində on minlərlə insan didərgin düşüb