SİYASƏT


Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında XI konfransa hazırlıqlar davam edir

Bakı, 6 fevral, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XI konfransına hazırlıq məqsədilə ərazi ilk partiya təşkilatlarının hesabat-seçki yığıncaqları davam edir.

Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, “Xəzər dənizçiləri” (Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC) ərazi ilk partiya təşkilatında keçirilmiş hesabat-seçki yığıncağında təşkilatın sədri İzafət Məmmədov 2015-2016-cı illərdə təşkilatın fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib. Hesabat dövründə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində görülən mühüm işlərdən, qazanılan uğurlardan söz açan məruzəçi dövlətimizin başçısının həyata keçirdiyi müasirləşmə siyasətinə dəniz nəqliyyatı sahəsində də böyük dəstək verildiyini bildirib. Ötən müddətdə təşkilatın sıralarının xüsusilə yüksək bilik və bacarığa, geniş dünyagörüşünə malik gənclər hesabına genişləndiyini, taleyini gəmiçiliklə bağlayan həmin gənclərin YAP-ın üzvü olduqları ilə fəxr etdiklərini diqqətə çatdırılıb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin şöbə rəisi Fuad Hacıəliyev, mütəxəssis Mirkazım Babayev, Azərbaycan Dövlət Dəniz Akademiyasının əməkdaşı Bayram Balakişiyev və başqaları məruzə ilə bağlı müzakirələrdə təşkilatın hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər. Tədbirdə İzafət Məmmədova yenidən etimad göstərilib və o, yekdilliklə YAP Səbail rayonu “Xəzər dənizçiləri” ərazi ilk təşkilatının sədri seçilib.

Yığıncaqda çıxış edən YAP Səbail rayon təşkilatı sədrinin müavini Əhliman Qarayev dinamik inkişaf edən ölkəmizin əldə etdiyi yüksək nailiyyətlərdə yarandığı gündən Azərbaycan dövlətinə və xalqına sədaqətlə xidmət edən YAP-ın əhəmiyyətli rolundan danışıb. O, “Xəzər dənizçiləri” ərazi ilk təşkilatının yeni seçilən heyətinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

X X X

“Ziyalı evi” ərazi ilk partiya təşkilatında keçirilmiş hesabat-seçki yığıncağında təşkilatın sədri Arzuman Muradlı hesabat məruzəsi ilə çıxış edib. Təşkilatın ictimai-siyasi fəaliyyəti haqqında geniş məlumat verən sədr diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin düzgün və məqsədyönlü daxili və xarici siyasəti nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib. Bunun bariz nəticəsidir ki, xalqımızın Prezidentə, dövlətə inamı artır, YAP-ın sıraları genişlənir.

YAP Səbail rayon təşkilatı sədrinin birinci müavini Muxtar Nağıyev “Ziyalı evi” ilk ərazi təşkilatının fəaliyyətini yüksək qiymətləndirərək bildirib ki, YAP Azərbaycanda aparıcı siyasi qüvvədir. YAP Səbail rayon təşkilatının fəaliyyəti ilə bağlı məlumat verən sədr müavini qeyd edib ki, Azərbaycanın ictimai-siyasi həyatında fəallığı ilə seçilən təşkilat il ərzində ölkəmizdə keçirilən bir sıra tədbirlərin təşkilində mühüm rol oynayıb, müxtəlif layihələrin reallaşdırılmasında fəal iştirak edib.

X X X

“Dezinfektorlar” (Bakı şəhər “Dezinfeksiya Stansiyası Səbail rayonlararası bölməsi” MMC) ərazi ilk partiya təşkilatında keçirilmiş hesabat-seçki yığıncağında məruzə ilə çıxış edən təşkilat sədri G.Həsənova ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan uğurlu siyasətin nəticələrindən danışıb. Qeyd edib ki, Azərbaycan xalqı artıq illərdir qəlbində əbədi heykəlini qoyduğu Ulu Öndərin cismani yoxluğunun təskinliyini dahi rəhbərin şah əsəri olan müstəqil Azərbaycanın etibarlı əllərdə olmasında tapır.

Təşkilatın hesabat dövründəki fəaliyyəti haqqında məlumat verən sədr üzvlərin əsasən qadınlardan ibarət olduğunu vurğulayıb. O, qadınlarımızın ölkəmizin ictimai-siyasi həyatında rolunun artmasının təqdirəlayiq hal olduğunu bildirib.

X X X

“Yaşıl Teatr” Bakı Konsert Kompleksi ərazi ilk partiya təşkilatında keçirilmiş hesabat-seçki yığıncağında ərazi ilk partiya təşkilatının sədri Məmməd Hümbətov hesabat məruzəsi ilə çıxış edərək görülmüş işlərdən danışıb. Qeyd edib ki, hesabat dövründə təşkilatda mütəmadi olaraq yığıncaqlar keçirilib, ümumi işlərdə YAP üzvləri fəallıq nümayiş etdiriblər.

YAP Səbail rayon təşkilatı sədrinin birinci müavini Muxtar Nağıyev, ərazi ilk partiya təşkilatının üzvləri İlqar Cavadov, Nigar Bünyatzadə və Samirə Məmmədova hesabatı qənaətbəxş qiymətləndiriblər.

Bütün yığıncaqlarda ərazi ilk partiya təşkilatlarının idarə heyətlərinin yeni tərkibləri, sədrləri, sədr müavinləri, eləcə də YAP Səbail rayon təşkilatının XI konfransına nümayəndələr seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.