CƏMİYYƏT
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının kollektivi Heydər Əliyev Mərkəzini ziyarət edib
Noyabrın 15-də Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin zəngin irsinin araşdırılması və təbliği istiqamətində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
YAP Səbail rayon təşkilatından AZƏRTAC-a bildiriblər ki, YAP üzvlərinə və ictimaiyyətin nümayəndələrinə Azərbaycan tarixinin və ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən foto və videomateriallar barədə ətraflı məlumat verilib. Ulu Öndərin həyatı və çoxşaxəli dövlətçilik fəaliyyəti ilə bağlı maraqlı faktlar interaktiv formada və qısametrajlı sənədli filmlərdə nümayiş olunub.
Mərkəzin üç mərtəbədən ibarət olan Heydər Əliyev Muzeyi ilə tanışlıq ziyarətçilərdə yüksək təəssürat oyadıb. Ziyarətçilər nadir eksponatlar önündə xatirə şəkilləri çəkdiriblər.