REGİONLAR


Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayır

Ucar, 20 iyun, AZƏRTAC

İllər keçdikcə sıraları istər kəmiyyət, istərsə də keyfiyyətcə daha da möhkəmlənən Yeni Azərbaycan Partiyası bu gün ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayır. Vaxtilə ümummilli lider Heydər Əliyevin dediyi kimi, “YAP sınaqlardan çıxmış, böyük və şərəfli yol keçmiş, indi artıq Azərbaycan cəmiyyətində özünəməxsus yer tutmuş bir partiyadır”.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Ucarda YAP rayon təşkilatının VIII konfransında səsləndirilib.

Konfrans nümayəndələri əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək düzüblər.

Heydər Əliyev Mərkəzində keçirilən konfransda YAP rayon təşkilatının sədri Şəhla Abdullayevanın hesabat məruzəsində bildirilib ki, təşkilat öz sıralarında 3937 nəfəri birləşdirir. Onlardan 2294 nəfəri və ya 58,2 faizi qadınlar, 1231 nəfəri və ya 31,2 faizi gənclərdir. Rayon üzrə 68 ərazi təşkilatı sədrinin 52 nəfəri ali təhsillidir.

Hesabat məruzəsində, eləcə də çıxışlarda Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin 2015-ci il oktyabrın 6-da Ucara tarix səfərindən bəhs edilərək, bu səfərin YAP rayon təşkilatı üçün də xüsusi əhəmiyyət daşıdığı bildirilib. Belə ki, səfər çərçivəsində dövlətimizin başçısı YAP rayon təşkilatı üçün müasir arxitektura üslubunda tikilən üçmərtəbəli yeni inzibati binanın açılışını da edib, tapşırıq və tövsiyələrini verib.

Sonra rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov, Milli Məclisin deputatları, YAP Siyasi Şurasının üzvləri Aydın Mirzəzadə və Mirkazım Kazımov, deputat Vüsal Hüseynov Yeni Azərbaycan Partiyasının ölkə həyatında oynadığı roldan danışıb, Heydər Əliyev siyasətinin uğurlu davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın, eyni zamanda, partiyanın əldə etdiyi uğurlardan söz açıblar.

Konfransda nəzarət təftiş qrupunun sədri Vaqif Mehdiyevin hesabatı dinlənilib, təşkilati məsələlərə baxılıb. Şəhla Abdullayeva yenidən YAP rayon təşkilatının sədri seçilib.

Sonda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunan bir qrup gəncə üzvlük vəsiqəsi verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.