REGİONLAR


Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrilib

Astara, 30 may, Bağır Əliyev, AZƏRTAC

Mayın 30-da Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatının X konfransında təşkilatın IX konfransından ötən dövr ərzində gördüyü işlər barədə danışılıb.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsini ehtiramla anıblar.

Konfransda YAP-ın yaradıcısı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədovun hesabat məruzəsi dinlənilib.

Ölkənin ən çətin dövründə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranan Yeni Azərbaycan Partiyasının respublikamızın ictimai-siyasi həyatında yeni mərhələnin, yeni tarixin başlanğıcını qoyduğunu vurğulayan F.Əhmədov YAP-ın ümumxalq partiyasına, cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, sıralarında 7200 nəfərdən çox partiya üzvünü birləşdirən YAP Astara rayon təşkilatı rayonun ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında fəal rol oynayır.

Bildirilib ki, hesabat dövründə ərazi ilk partiya təşkilatlarının sayı 150-yə çatdırılıb. Bu dövrdə 1600 nəfər partıya sıralarına qəbul edilib. Partiya üzvlərinin yarısını gənclər və qadınlar təşkil edir.

Konfransda, həmçinin nəzarət-təftiş qrupunun hesabat məruzəsi dinlənilib.

Müzakirələrdə Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Milli Məclisin vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin müdiri İbrahim Yusifzadə, Milli Məclisin deputatları Rəşad Mahmudov və Mirkazım Kazımov, YAP Astara rayon təşkilatının gənclər birliyinin sədri Tural Eyvazov, qadınlar şurasının sədri Yasəmən Rəsulova və başqaları çıxış ediblər.

Konfransda təşkilati məsələlərə baxılıb. Firudin Əhmədov yenidən YAP Astara rayon təşkilatının sədri, həmçinin 53 nəfərdən ibarət şura və 5 nəfərdən ibarət nəzarət-təftiş qrupunun üzvləri seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.