Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yeni Azərbaycan Partiyası xalqımızın milli maraqlarını ifadə edən avanqard təşkilatdır

Bakı, 1 noyabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatının IX konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, Abşeron rayonu Masazır qəsəbəsində Zəngilan rayonundan olan məcburi köçkünlərin məskunlaşdıqları şəhərcikdəki Mədəniyyət Evində keçirilən konfransı YAP Zəngilan rayon təşkilatının sədri Əsəd Hüseynov açaraq hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, müstəqil Azərbaycan Respublikasının memarı, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi nəticəsində ölkəmiz ildən-ilə qüdrətlənir və inkişaf edir.

Qeyd edilib ki, hazırda rayonda 52 ərazi ilk partiya təşkilatı, 2035 partiya üzvü var. Ötən konfransdan indiyədək YAP rayon təşkilatına 550 nəfər üzv olub ki, onların da 330 nəfərini qadınlar, 220 nəfərini gənclər təşkil edir.

Sonra nəzarət-təftiş qrupunun sədri Hidayət Həsənov qrupun fəaliyyəti barədə məlumat verib.

Rayon Ağsaqqallar Şurasının sədri Xuduş İsgəndərov, YAP Zəngilan rayon təşkilatının sədr müavini Həsən Ələkbərov, Yeni Azərbaycan Partiyası rayon təşkilatı Qadınlar Şurasının sədri Almaz Orucova, partiyanın Gənclər Birliyinin sədri Şənlik Əliyev və başqaları məruzə ətrafında çıxış edərək rayon təşkilatının hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə konfrans iştirakçılarını partiyanın yaranmasının 25 illik yubileyi münasibətilə təbrik edərək Yeni Azərbaycan Partiyasının yaranma zərurətindən, keçdiyi inkişaf yolundan geniş söhbət açıb. O deyib: “Hər kəsə yaxşı məlumdur ki, müstəqilliyin ilk illərində Azərbaycan çətin vəziyyətdə idi. Ölkədə qarışıqlıq, anarxiya hökm sürürdü. Belə bir ərəfədə Azərbaycanın gələcəyini düşünən 91 nəfər ziyalı ümummilli lider Heydər Əliyevə müraciət etdi. Məhz bu müraciətdən sonra Naxçıvanda 550 nəfər nümayəndənin iştirakı ilə 1992-ci ilin 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi”.

Qeyd edilib ki, Azərbaycan xalqının tarixində çox mühüm rol oynayan bu hadisə ölkədə yeni ictimai-siyasi vəziyyətin yaranmasının, dövlətçiliyimizin xilasının başlanğıcı olub. Tarixi zərurət nəticəsində yaranan YAP çox qısa müddətdən sonra Azərbaycanda hakimiyyət partiyasına çevrilib və o zamandan da məhz xalqımızın rifahı, dövlətimizin inkişafı naminə çox geniş fəaliyyəti ilə cəmiyyətin hər bir təbəqəsinin möhkəm dəstəyini qazanıb. Yeni Azərbaycan Partiyasının hakimiyyətdə olduğu illər ərzində ölkə həyatında əhəmiyyətli dəyişikliklər müşahidə olunub və hər bir vətəndaşın yaşayış səviyyəsində ciddi irəliləyişlər baş verib.

Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin siyasi kursu bu gün Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı respublikamızın bütün dünyada tanınmasına nail olub. Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni Sazişin imzalanması, bu günlərdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istismara verilməsi çox böyük tarixi hadisələrdir.

YAP Siyasi Şurasının üzvü Misirxan Vəliyev YAP Zəngilan rayon təşkilatının fəaliyyətini yüksək qiymətləndirərək partiyanın fəaliyyətindən, ölkəmizin sürətli inkişafından söz açıb: “YAP ölkəmizin siyasi-sosial həyatında həmişə ön sırada olan söz sahibi, yeni cəmiyyət quruculuğunun hərəkətverici qüvvəsi, xalqımızın milli məfkurəsinin ideoloji bazası olub. Məhz xalqın istək və arzularının əvəzsiz ifadəçisi olan partiyamız indiyə qədər keçirilmiş bütün siyasi tədbirlərdə, parlament, prezident, bələdiyyə seçkilərində, referendumlarda parlaq qələbələr qazanıb”.

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov qeyd edib ki, Heydər Əliyev ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin sədrliyi ilə böyük inkişaf yolu keçib. Bu gün YAP milli siyasi iradəni təmsil edən və xalqımızın milli maraqlarını ifadə edən vahid və avanqard siyasi qüvvəyə çevrilib: “Azərbaycan bu gün xalq-iqtidar birliyinin nəticəsində Ulu Öndərin müəyyən etdiyi strateji xətlə inamla inkişaf edir. Bu xətti əzmlə irəli aparan isə ulu öndər Heydər Əliyevin layiqli davamçısı, dünya miqyasında böyük hörmət və nüfuza malik Prezident İlham Əliyevdir”.

Milli Məclisin deputatı İmamverdi İsmayılov bildirib ki, ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ötən dövrdə şərəfli yol keçib, bu günün və gələcəyin ən böyük partiyasına çevrilib. YAP ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin avanqard qüvvəsi kimi xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verir.

Sonra təşkilati məsələyə baxılıb. 30 nəfərdən ibarət Şura, 18 nəfərdən ibarət İdarə Heyəti və nəzarət-təftiş qrupunun üzvləri seçilib. Nizami Mövsümov YAP Zəngilan rayon təşkilatının sədri, Əsəd Hüseynov və Həsən Ələkbərov sədrin müavinləri seçiliblər.

Sonda Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə müraciət qəbul olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Həqiqi hərbi xidmət və mülki işə qəbul olmaq istəyən vətəndaşlar üçün oktyabrın 2-si imtahan təşkil olunacaq

Mikayıl Mərdinli: Bakı və Abşeronun ruhu Maqsud İbrahimbəyovun əsərlərində cəmləşib

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 36 mənzil verilib

Rəqəmsal dövrdə uşaqların mütaliə problemi və süni intellektin təsirləri: çıxış yolu nədir?

XXI əsrin müəllimi dövrün tələblərinə uyğunlaşmalı və müasir texnologiyaları bilməlidir - ekspert

AMEA əməkdaşlarının “Web of Science” və “Scopus” jurnallarında çap olunan məqalələrinin sayı artıb

Postmüharibə dövründə şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 7 min 300 mənzil verilib

“Qərbi Azərbaycan toponimləri lüğəti”nin II cildi işıq üzü görüb

Muxtar respublikada 24 min 608 aktiv fiziki sahibkarın 6981-i qadındır

İmişlidə mülki müdafiə qüvvələrinin hazırlıq vəziyyəti yoxlanıldı – FOTO

Azərbaycan türk dövlətləri arasında koordinasiya mərkəzinə çevrilib - ŞƏRH

Politoloq: Azərbaycanın yürütdüyü siyasət türk dövlətləri arasında inteqrasiyaya gətirib çıxarıbVİDEO

Politoloq: Azərbaycanın yürütdüyü siyasət türk dövlətləri arasında inteqrasiyaya gətirib çıxarıbVİDEO

Futbol üzrə Azərbaycan millisinin heyəti açıqlanıb

Azərbaycan Strasburqda İkinci Biznes və İnsan Hüquqları Forumunda təmsil olunub

Sarıyoxuş 4 nömrəli kurqanda aparılan arxeoloji tədqiqatlar beynəlxalq mediada

Naxçıvanda qadın sahibkarların sayı açıqlandı

İsmayıl İman: Tamaşanın hər epizodunda Maqsud İbrahimbəyovun tanınan obrazını qorumağa çalışdım

Bu saata olan əsas xəbərlər

Türk dünyasının gücü ortaq dəyərlər və həmrəylikdən qaynaqlanır ŞƏRH

Səbuhi Əhmədov: Cəfərqulu xanın silah kolleksiyası “pazl” prinsipi ilə qurulub

BŞDYPİ Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Hörmüz boğazında gəmi vurulub

NBA-da çıxış edən keçmiş basketbolçu dünyasını dəyişib

Nazir müavini: Yeni qanun layihəsi istehsalçıların dəstəklənməsi və ərzaq təhlükəsizliyi baxımından mühüm addımdır

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının üzvləri təkliflərini bildiriblər

Milli Musiqi Gününün növbəti ünvanı Azərbaycan Milli Konservatoriyası olub

Naxçıvanda Qadın Sahibkarlar Forumu işə başlayıb

Təbii inhisar subyektlərinin razılıq tələb edən hərəkətlərinə dövlət nəzarəti mexanizmləri izah edilib

Məleykə Abbaszadə: Dövlət qulluğuna qəbul prosesinin bütün mərhələləri rəqəmsallaşdırılıb

Seulda Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları barədə məlumat verilib

İçərişəhərdə Maqsud İbrahimbəyovun əsərlərinin motivləri əsasında immersiv tamaşa təqdim olunub

“Qarabağın və Şərqi Zəngəzurun toponimlərinin izahlı lüğəti”nin I cildi nəşr olunub

Kimya İnstitutunun alimlərindən yeni texnoloji layihələr

Naxçıvanda sahibkarlara 139 təsdiqedici sənəd verilib

Azərbaycanda turizmin inkişafı ilə bağlı AMEA-nın Tədbirlər Planı hazırlanacaq

Azərbaycan Milli Xalça Muzeyinin direktoru beynəlxalq konfransda çıxış edib

FHN avtonəqliyyat vasitələrinin sürücülərinə müraciət edib VİDEO

FHN avtonəqliyyat vasitələrinin sürücülərinə müraciət edib VİDEO

Azərbaycan musiqisi tarixdən gələn möhtəşəm səs

Quba Soyqırımı Memorial Kompleksini indiyədək milyondan çox insan ziyarət edib

Adil Kərimli: Üzeyir Hacıbəylinin yaradıcılığı milli musiqimizin inkişafında mühüm rol oynayıb

Atlantik okeanında son 60 ilin ən uzun qasırğasız dövrü yaşanır

Deputat: Heç kəsə tarixi və mədəni irsimizi mənimsəməyə imkan verməyəcəyik

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb

Timur Abılayev: Azərbaycanla nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi Qırğızıstan üçün prioritet məsələlərdən biridir - ŞƏRH

Fransada ailə böhranı: maddi çətinliklər ailələrin uşaq planlarını dəyişir

Almaniyada dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərlərindən ibarət not məcmuəsi nəşr olunub

Taksi sürücüləri üçün imtahanda 1398 nəfər müsabiqə şərtini ödəyib

KOBİA: Sahibkarlar 23 fəaliyyət növü üzrə lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər

DTX 5 ölkədə antiterror tədbirləri keçirib, saxlanılanlar var VİDEO

DTX 5 ölkədə antiterror tədbirləri keçirib, saxlanılanlar var VİDEO

Azərbaycanın həvəskar idmançıları açıq suda üzgüçülük tarixində iz qoyublar

Kimya İnstitutunun alimləri Azərbaycan-Özbəkistan birgə müsabiqəsində qalib olublar

Çindən 7 yeni yük lokomotivi Bakıya gətirilib

Azərbaycan ICPEN-in Məsləhət Qrupuna üzv seçilib

Azərbaycan cəmiyyəti tarixi yaddaşına, mənəvi dəyərlərinə, ailə ənənələrinə bağlıdır - ŞƏRH

Muxtar respublikanın xarici ticarət dövriyyəsi 28 faiz artıb

® “Araz” supermarketlərdə innovativ yenilik: Ovuc ilə ödənişlər başlayıb

Rasim Musabəyov: Azərbaycan Türk dünyasının təbii mərkəzi kimi çıxış edir

Mədəniyyət və incəsənət xadimləri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Xankəndidə TDT ölkələrinin insan resursları üzrə səlahiyyətli qurum rəhbərlərinin V Görüşü keçirilir

Dünyanın ilk kəlağayı muzeyi FOTOLAR VİDEO

Dünyanın ilk kəlağayı muzeyi FOTOLAR VİDEO

Bakıda Formula 1 yarışı zamanı şəhərdaxili hərəkət üçün əlavə imkanlar yaradılacaq

SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Azərbaycanın 2 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Premyer Liqa: “Neftçi” 1000-ci oyununa çıxır, “Qarabağ” autsayderə qarşı

Azərbaycan nefti 121 dollara satılır VİDEO

Azərbaycan nefti 121 dollara satılır VİDEO

Tokayev ölkənin üç dövlət qurumunun rəhbərini təyin edib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Sentyabrın 18-i Milli Musiqi Günüdür

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABŞ Pezeşkian və Əraqçinin BMT Baş Assambleyasında iştirakı üçün vizalarını təsdiqləyib

“NY Post”: “Abraham Lincoln” gəmisində narkotik satdığına görə ər-arvad həbs edilib

Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq

Xətai və Sabunçu rayonlarında qaz təchizatında fasilə yaranacaq

FT: Böyük Britaniya Aİ ilə münasibətləri yenidən qurmağa çalışır

NYT: ABŞ Ukraynadakı münaqişə bitməzdən əvvəl Rusiya ilə razılaşmalar əldə edə bilər

Husilər: Səudiyyə Ərəbistanı son sutkada Yəmənə 37 hava zərbəsi endirib

Livanda “Hizbullah” komandiri terrorizmdə ittiham olunub

SEPAH Toqo bayrağı altında üzən neft tankerinə hücum edib

ABŞ Avropadakı hərbi kontingentini üçdəbirə qədər azalda bilər

ÜST Ebola ilə bağlı vəziyyəti ümidverici adlandırıb

ABŞ İraqın şimalında hava hücumundan müdafiə sistemlərini sökməyə başlayıb

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

“Bloomberg”: ABŞ Si Cinpinin səfərinədək Çinə yeni tarif tətbiq etməyəcək

İsveçdə seçkilərdə azərbaycanəsilli namizədlər mandat qazanıblar

Almaniya Kansleri və ABŞ Prezidenti arasında telefon danışığı olub

Böyük Britaniyada kirayə qiymətləri ilin ən yüksək artım tempinə çatıb

Bakıda Cəfərqulu xan Cavanşir və Qarabağ xanlarının silah kolleksiyasından bəhs edən kitab təqdim olunub

ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd F-35 qırıcısının satışına razılıq verib

Dairə seçki komissiyalarının yenidən təşkil edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2026-cı il 26 may tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxı rayonuna səfərinə dair videoçarx paylaşılıb VİDEO

Tramp: Polşada ABŞ hərbi bazasının yaradılması istiqamətində ciddi irəliləyiş əldə olunub

Çin və ABŞ-nin baş diplomatları Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Qazaxda 34 ildən sonra şəhid ata və oğulun qəbirləri ziyarət olunub

Tramp İranla müharibənin gələcəyi ilə bağlı seçim qarşısında olduğunu deyib

Beyləqanda Dövlət Proqramı çərçivəsində həyata keçirilən işlərlə bağlı monitorinq aparılıb

Cəlilabadda su xəttində qəza baş verib

Culfa rayonunda Dövlət Proqramının icrası ilə bağlı görüş olub