SİYASƏT


Yeni Azərbaycan Partiyasında mətbuat nümayəndələri ilə görüş keçirilib

A+ A

Bakı, 21 iyul, AZƏRTAC

Milli mətbuatımızın yaranmasının 141 illiyi ilə əlaqədar iyulun 21-də Yeni Azərbaycan Partiyasında (YAP) jurnalistlərlə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov jurnalistləri 22 iyul - Milli Mətbuat Günü münasibətilə təbrik edib. O, Azərbaycan milli mətbuatının keçdiyi şərəfli yoldan danışıb. Diqqətə çatdırılıb ki, Azərbaycanda söz, fikir və mətbuat azadlığının təmin edilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri olub. Ulu Öndərin siyasətini davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə mətbuatın inkişafı, onun problemlərinin həlli, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb.

YAP icra katibinin müavini bildirib ki, bu gün mətbuatın fəaliyyəti istər Azərbaycanda, istərsə də dünyada olduqca aktualdır. Çünki hər kəs ona lazım olam informasiyanı, məlumatı mətbuatdan oxuyur. Azərbaycan mətbuatının fərqli cəhəti var. Ölkəmizin ərazisinin 20 faizi işğal olunub, 1 milyondan çox qaçqın və məcburi köçkünümüz var. Bu məsələləri bir çox ölkələr izləyir. Bu baxımdan mətbuatımızın üzərinə böyük məsuliyyət düşür. Jurnalistlər öz işlərinin öhdəsindən layiqincə gəlirlər. Ümid edirik ki, Azərbaycan mediası yaxın vaxtlarda Dağlıq Qarabağın və digər ərazilərimizin işğaldan azad olunması, yəni qələbə xəbərini də yayacaq.

YAP-ın fəaliyyətinin KİV-də geniş işıqlandırıldığını vurğulayan S.Novruzov bu dəstəyə görə mətbuat nümayəndələrinə təşəkkür edib.

Daha sonra YAP ötən illərdəki ənənəsini davam etdirərək bu il də dəqiq və obyektiv mövqedən çıxış edən bir sıra media nümayəndələrinə peşə bayramları münasibətilə mükafatlar təqdim edib. Mükafatçılar arasında AZƏRTAC-ın əməkdaşı da olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.